12 yanvar tarixində “Şəffaf İdarəçilik” İctimai Birliyi “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və vətəndaşların idarəçilikdə maneəsiz iştirakçılıq” layihəsi çərçivəsində Salyan rayonunda maarifləndirici tədbir və vətəndaşlar arasında mövcud ictimai şuranın fəaliyyəti haqqında sorğu keçirmişdir.
Təşkilatın idarə heyətinin üzvü Sevil Kazımın verdiyi məlumata görə, tədbirdə Salyan rayon İcra Hakimiyyəti yanında iştimai şuranın üzvüləri, icra hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının nümayəndələri aktiv vətəndaşlar və gənclər iştirak etmişlər.
Layihə çərçivəsində icra hakimiyyətinə müddəti tamamlanmaqda olan ictimai şuraya yeni seçkilərdə ictimai iştirakçılıq platformasının yaradılması, yeni seçiləcək tərkibin 1/3 hissəsinin yeni üzvlərdən ibarət olması , platformada təmsil olunun vətəndaş cəmiyyəti institutları və aktiv insanların şura seçkilərindən sonra fəaliyyətlərinin şura tərəfindən koordinasiya olunması və şuranın platforma üzvləri qarşısında hesabat verməsi, platformanın vahid e-mail qrupunun yaradılması tövsiyyə olunmuşdur.
Şura üzvlərinə vətəndaşlarla daimi təmasda olmaq, vətəndaşların və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin ictimai müzakirələrə,
ictimai dinləmələrə, ictimai rəyin öyrənilməsi, hüquqi akt layihələrinin ictimai müzakirəsi , yazılı məsləhətləşmələrə cəlb edilməsi tövsiyyə olundu.
Salyan rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədr müavini Leyla Nəsirova tədbirdə çıxış edərək ictimai şuranın fəaliyyətinin haqqında məlumat verdi və ictimai şuraların gələcək fəaliyyətin daha da təkmilləşməsinin vacibliyini vurğuladı.
Aktiv vətəndaş cəmiyyətinin iştirak etdiyi tədbir daha sonra sual cavab formatında davam etmişdir.
