1 Sentyabr 2022-ci il tarixində “Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və maneəsiz iştirakçılıq” layihəyəsinin icrasına start verdi. Layihə çərçivəsində respublikanın bir çox rayonlarında ictimai sektorun fəal iştirakçıları, QHT nümayəndələri , jurnalistlər və aktiv vətəndaşların iştirakı ilə təbdirlər keçirilməsi, ictimaixeber saytının yaradılması planlaşdırılır. İctimai Birliyin təsisçisi Sevil Kazım bildirmişdir ki: "Layihə çərçivəsində bütün tədbirlər və yaradılacaq sayt vətəndaşların dövlət qrumlarına ictimai nəzarətini güclənməsinə , vətəndaş təşəbbüslərinin qaldırılmasına xidmət edəcəkdir."