DataLife Engine / "Polisə Dəstək" İctimai Birliyi Şamaxı rayonunda tədbir keçirmişdir.

"Polisə Dəstək" İctimai Birliyi Şamaxı rayonunda tədbir keçirmişdir.

Bu gün,20 oktyabr 2022-ci il saat 11:30 da ADPU-nun Şamaxı filialında "Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin dəstəyinin təmin edilməsi"mövzusunda tələbə, pedoqoji kollektivin və Şamaxı rayon polis şöbəsinin iştirakı ilə maarifləndirmə xarakterli dinləmələr keçirilmişdir.
Tədbir ADPU-nun Şamaxı filialının təşəbbüsü ilə həyata keçirilib.
Şamaxı filialının direktoru Tünzalə xanım Yusifova tədbiri açaraq,ölkədə narkomaniyaya qarşı mübarizənin prinsipiallığı ilə davam etməsindən danışmış və çıxış üçün sözü
"Polisə Dəstək"İB'nin sədri Şəmsəddin Əliyevə vermişdir. O,son 3 il ərzində ağ ölümlə mübarizənin əhəmiyyətindən,bu sahədə 2019-2024-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən söz açmışdır.
İnsan hüquq və azadlıqları üzrə tanınmış ekspert Aydın Kərimov,filialın sosial və pedoqoji elmlər kafedrasının baş müəllimi,biologiya üzrə fəlsəfə doktoru Təranə xanım Əkbəri və Şamaxı RPŞ-nin baş əməliyyat müvəkkili,polis mayoru Ruslan Mehdiyev də çıxış etmişlər.Onlar narkomaniyanın cəmiyyətdəki fəsadları və onun aradan qaldırılması,dünyada və ölkədə narkomaniyanın qanunsuz dövriyyəsi ilə bağlı vəziyyətin təhlili,narkomanlığın müalicəsi və bu sosial bəlaya qarşı mübarizədə ictimaiyyətin dəstəyinə dair fikir mübadiləsi aparmış,müvafiq tövsiyələrini vermişlər.
Sonda tələbələrin sualları cavablandırılmışdır.
Ümumilikdə təlimat təəssüratı bağışlayan görüş maraqla qarşılanmışdır.
20-10-2022, 22:17
Вернуться назад