“Şəffaf İdarəçilik” İctimai Birliyi keçirdiyi tədbirlər haqqında yerlərdə olan müsbət rəylər.
“Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və maneəsiz iştirakçılıq” layihəyəsi həyata keçirilməsi haqqında yerlərdə ictimai rəylə formalaşmışdır ki, bunların arasından bəzilərini təqdim edirik.

Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Həsən Həsənov: " Sabirabad RİH-ə "Şəffaf İdarəçilik" İB-dən məktub daxıl olan kimi əlaqə yaradıb lazımı dəstək vermişik. "Şəffaf İdarəçilik" İB-in nümayəndələri rayona ezam olunublar və maarifləndirici tədbir uğurla keşiriblər. Mən belə maarifləndiirci tədbirləri dəstəkləyirəm. İştirakçılarin bu sahədə bilikləri dahada artdı."
![]()
Haciqabul rayon icra hakiminin İctimai-siyasi və humanitar məsələlər üzrə müavin Məmmədova Xuraman: " "Şəffaf İdarəçilik" İB-nin müraciəti əsasında rayonda tədbir keçirmək üçün lazımı şərait yaradılmışdı. "Şəffaf İdarəçilik" İB-in nümayəndələri rayonda ictimayyət nümayəndələri üçün maarifləndirici tədbiri uğurla həyata keşiriblər. Belə maarifləndiirci tədbirləri aktual mövzular üzrə olması məqsədə uyğundur və dəstəklənir."
Neftçala rayon icra hakiminin nümayəndəsi Faiq Əliyev cənabları: " "Şəffaf İdarəçilik" İB-i üzvüləri bizim rayonun daimi ziyarətçilərindəndir. Onların müraciəti əsasında rayonda maarifləndirici tədbir keçirilmişdir. "Şəffaf İdarəçilik" İB-in nümayəndələri rayonda ictimayyət nümayəndələrini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunları haqqında məlumatlandırmışdır. Tədbir yüksək intraktivliklə və aktual mövzuları əhatə etməklə həyata keçirilmişdir."
Qeyd edirik ki, Şəffaf İdarəçilik İB Şirvan, Salyan və Bakı şəhərinin rayonlarında maarifləndirici tədbirlər həyata keçirmişdir.








