DataLife Engine / Amerikalı özünü peyğəmbər elan edib 20 arvad aldı.

Amerikalı özünü peyğəmbər elan edib 20 arvad aldı.

ABŞ-ın Arizona ştatının 46 yaşlı sakini özünü peyğəmbər elan edib və 20 arvad alıb. Məlumata görə, onun arvadları arasında öz yeniyetmə qızı, eləcə də digər 9 yaşlı qız da olub.

Çoxarvadlılıq kultunun lideri Samuel Beytman 2022-ci ilin sentyabrında həbs edilib.

Hazırda o, ədalət mühakiməsinə mane olmaq ittihamı ilə həbsdədir.

Beytman İsa Məsihin Son Zamanların Müqəddəsləri Kilsəsinin fundamentalist radikal Mormon qolu qrupuna rəhbərlik edib.

5-12-2022, 11:38
Вернуться назад