DataLife Engine / Azərbaycanın sadə xalqı region ölkələrindəki zərzələ faciələrini hüzünlə anır.

Azərbaycanın sadə xalqı region ölkələrindəki zərzələ faciələrini hüzünlə anır.

Lənkaranın  ictimai fəali Aydan Qafarova öz  facebook səhifəsində Türkiyə xalqının kədərinə şərik olduğunu bildirmişdir. O regionda baş verən silsilə zərzələlər haqqında belə  qeyd  etmişdir: " Bir neçə gün öncə Cənubi Azərbaycanın Xoy məntəqəsində baş verən zəlzələdən sonra, soydaşlarımızın halından pərişan olduğumuz anda, dost Türkiyədə güclü zəlzələnin səbəb olduğu insan tələfatı və dağıntılar barədə xəbərləri böyük kədər hissi ilə eşitdik. Həmçinin, regionun müsəlman dövləti olan Suriyada da baş vermiş zəlzələ nəticəsində can və mal itkisi məlumatlarını dərin hüznlə qarşıladıq.
Sadə Azərbaycan xalqının ictimai fəalı olaraq bu çətin günlərdə İran,Türkiyə və Suriya hökumətinin və bu qardaş xalqların yanındayıq. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, Allahdan səbir diləyir, bütün yaralıların tezliklə şəfa tapmalarını arzu edirik."
9-02-2023, 15:44
Вернуться назад