Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi olaraq mədə-bağırsaq sistemində və digər orqanlarda müxtəlif xəstəliklər yarana bilər. Çürük, qırılma və çatlama kimi diş zədələrinin vaxtında aradan qaldırılması və tez zamanda bərpa eləmək daha az zərər deməkdir. Stomatologiya sahəsində dişsizlik probleminin həlli və estetikanın bərpası üçün keramika qapaqlara daha çox üstünlük verilirdi.
Mövzu ilə bağlı olaraq Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim Emil İmanov açıqlama verib.
O bildirib ki, iki fərqli üsul olan metal keramika və zirkon diş arasında fərqlər var.
"Metal keramikanın əsas xüsusiyyəti onun davamlılığı, uzun, dişsiz yerlərdə körpü kimi istifadə edilə bilməsidir. Məsələn, 2-dən çox diş boşluğunuz varsa və körpü planlaşdırılırsa, metal keramikaya üstünlük verilir. Möhkəm struktura sahibdir. Zirkon metal keramika ilə oxşardır. Estetik cəhətdən üstün və biouyğundur. Təbii görünüş baxımından zirkon dişlər daha uyğun bir görünüşə sahibdirlər".
Bəs əsas fərqlər nədən ibarətdir? Bu fərqlər hansi meyarlara əsaslanaraq dəyərləndirilir?
"Zirkon görünüşcə daha təbii və estetikdir. Metal keramika isə qeyri-şəffaf olduğu üçün işığı keçirmir və mat görünür. Zirkon daha çoz ön dişlərdə meydana gələn diastema ( 2 diş arasındakı boşluq) , deformasiya, qırıq və köhnəlmiş , rəngi dəyişmiş dişlərdə istifadə olunur. Metal zamanı şəffaflıq əldə edilsin deyə diş daha çox yonulmalıdır, bunun əvəzinə sağlam yolla zirkon qapaqlar daha əlverişlidir. Metal keramika qapaqlarda diş əti çəkilməsi baş verdikdə kəskin şəkildə rəng fərqi görünür, zirkon material isə diş əti ilə harmoniyadadır. "All on four" kimi tam çənə protezləri üçün metal infrastruka üstünlük verilə bilər, farfor qoyulacaq sahə daha çox olduğu üçün bu protezlərdə estetika mümkündür".
