DataLife Engine / Aprelin 11-də orbitə buraxılacaq Türkiyənin ilk milli peyki .

Aprelin 11-də orbitə buraxılacaq Türkiyənin ilk milli peyki .

Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

“Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, - Türkiyə dövlət başçısı qeyd edib.

10-04-2023, 11:45
Вернуться назад