Prezident Ərdoğan güclü və sağlam şəkildə vəzifəsi başındadır.
Bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.
O qeyd edib ki, bəzi çevrələr ölkə başçısının səhhətinə dair əsassız təhriflərlə siyasi qazanc əldə etməyə çalışırlar.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa istirahətdən sonra tədbirlərdə iştirakını davam etdirəcəyi açıqlanmışdı.