DataLife Engine / Daşıyıcı üçün ayna sərnişin məmunluğu olmalıdır, daha AYNA-nın qolunun altı yox.

Daşıyıcı üçün ayna sərnişin məmunluğu olmalıdır, daha AYNA-nın qolunun altı yox.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə  edilən şikayətlər vətəndaşların xeyrinə yox,  daşıyıcıların müdafiəsi ilə yekunlaşır. Bu barədə qarşılaşdığı negatıv hallarla əlaqədar Şəffaf İdarəçilik İctimai Birliyinin rəhbəri Cəmil Hacıyev bildirir: "Şəxsən şərnişin daşıma qaydalarına riayət etməyən "Faiqöğlu" şirkətinin sürücülərindən dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaynar xətti olan 1181 xidmətinə dəfələrlə şikayət etsəmdə, agentliyin idarə heyyətinin sədr müavini olan Heydər Rüstəmovun imzası ilə dolandırıcı və mahiyyəti üzrə olmayan cavablar almışam. Təkrar  şikayətim qəbul olunmayıb, hətta kobudluq  edən operatorlarlada rastlaşmışıq ki, bunlardan Fuad Cəbrayılovu xüsusi qeyd etmək olar.  Xanım operatorlarda belə məsələlərdə rəhbərliyin onlara verdiyi təlimatlar əsasında hərəkət edirlər ki, buda bir başa vətəndaşı başdan eləməkdir.  Qeyd edirəm ki, Faiqoğlu şikrətinə məxsusu 18, 61, 65 saylı avtobuslar şəhərin mərkəzindən  Ümumi Milli lider Heydər Əliyev adına olan məcid istiqamətində vətəndaşlara xidmət etməli olduqları halda, vətəndaşlarla kobud rəftar edir , dayanacaqlarda saxlamır, hər gün  səhər tezdən 9 mikroryonda yerləşən son dayanacaqda tıxac yaradıb, dava-dalaş salır, ictimai yerdə tərbiyyəsizlik edib, keçə söyüşləri söyür,  siqnalı dayanmadan yaşayış məntəqəsində verirlər. Bunlardan 99-JM-453 nömrə nişanlı avtobus sürücüsü isə hər dəfə ailə tərbiyyəsini ictimai yerdə nümayiş etdirir. Sərnişinləri ictimai yerdə nalayiq ifadələrlə aşağılamaqdan belə çəkinmir. Onun etdiyi tərbiyyəsizlikdən AYNA-ya  dəfələrlə şikayət olunsada, AYNA daşıyıcının tərəfini saxlayır. AYNA nəyin müqabilində daşıyıcının tərəfini saxlamasını təsəvvür etmək sadə oxucuya heçdə çətin olmaz. Şirkətin vətəndaşla işləyən hər bir işçisi onun  rəhbərinin ictimai yerdə təmsilçisidir. Vətəndaşların ilk üzləşdiyi işçi öz  hərəkətləri ilə təmsil etdiyi şirkət barədə fikir formalaşdırır. Neqativ hallarla əlaqdar dəfələrlə şirkətə zəng edib, rəhbərliklə görüşmək istəsəkdə rəhbərlikdə sürücülər  kimi çox vətəndaşa çox layqed münasibət göstərərək görüşdən imtina  etmişdir." 

Məsələni  diqqətdə saxlayacayıq. 

İcitimaixeber.org olaraq adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmaqda maraqlıyıq. 

23-11-2023, 22:16
Вернуться назад