İctimaixeber informasiya portalına müraciet edən Masazır qəsəbəsi, Yoncalıq massivi 91 ünvanında yaşayan Seyid Elxan Hüseynov bildiri ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ona məxsus əmlakı dağıdıb, həyətinin təmiri üçün xüsusi çay daşlarını, qum və çınqılı onun icazəsi olmadan dirəklərin bastırılmasında istifadə edərək ona küllü miqdarda ziyan vurmuşlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları internet və telefon xəttləri təyinatlı dirəyi basdırarkən onun və orada yaşayan qonşuların su, qaz, elektrik sarğaclarına gedən yolunu kəsmişlər. Ərazidə yaşan əlil insanlar sarğaca baxarkən dirəyə ilişərək yıxılmış və xəsərət almışlar. Eyni zamanda dirək FHN-nin yanğın əleyhinə su mənbəyindəndə istifadəni məhdudlaşdırmışdır. Sözü gedən dirək sarğacların, FHN-i su kranının yolunu kəsməklə yanası sakinlərin həyətlərinə oğruların daxıl olmasına şərair yaradır və su çəninə nəzərət etməyidə məhdudlaşdırır. Şikayətçı Seyid Elxan ona vurulan ziyanın aradan qaldırılmasını , dirəyin yerinin dəyşilməsini tələb edir. Əks halda ölkə başçısına və I viçe prezidente şikayət edəcəyini bildirir.
İctimaixəbər informasiya portalı olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Cəmil Hacıyev.
