Syatımıza daxıl olan şikayət məktunda ictimai fəal Cəmil Hacıyev bildirir ki, onun adına olan Opel Astra 77-BV-118 dövlət nömrə nişanlı aftomabil yer-yersiz cəmirələnir. Beləki şikayətçının asanpay kabinetinə gələn cərimələrdəki maşının görüntüsu ona məxsus olmasada cərimələri Cəmil Hacıyevə yazılır. O bu barədə DİN DYP idarəsinə şikayət etsədə , şikayətə heç bir nəticə verməyib. Əksinə Bakı Şəhəri Yol Polisinin əmri ilə heç bir izahat və məhkəmə qərarı olmadan onun maşını əlindən alınıb, cərimə meydançasına aparıb özünü isə həbslə hədələyiblər. Bu məsələdə Bakı Şəhər Yol Polis idarəsinin alay komandiri xüsusi canfəşanlıq göstərmişdir.
Bundan əlavə Nəsimi rayonu, Azadlıq prospektinin Nəsimi bazarı olan hissəsində dayanma dürma işarəsi olmadığı yerdə, yolun sağ tərəfində maşının içində yerin boşalmasını gözlədiyim halda, 346.1 dayanma durma qaydalarına görə cərimə tətbiq edilir. Daha bir halda Nəsimi YPİ əməkdaşları ona qarşı ədalətsiz qərar veriblər. Bundan şikayət edtikdə isə həmin ərazidə kamera olmadığını bəhanə ediblər. Hərçəndi ki, maşınlar bir birinə toqquşması digər maşının düz xətti kəsib onun idarə etdiyi maşını əks yolda vurmasi nəticəsində baş vermişdir. Lakin Nəsimi YPİ-i YAP üzvü və Nəsimi RİH-nin işçisi ilə müqasisədə Cəmil Hacıyevi gühahkar bilmişdir.
Cəmil Hacıyev qeyd edir ki: "DYP mənə qarşı şərlənmə kompaniyasına son qoymalıdır. Belə ədalətsizliklər şəkilsiz, videosuz cərimələr saysiz hesabsiz haldadir, məndən nə isteyirsiz? Helə mən ictimaixeber.org informasiya portalinin rəhbəri və Şeffaf İdareçilik QHT-nin sədri, Milli Şuranın üzvüyəm, mənimlə başıma bu oyunları açırlar, görün siravi vətəndaşlar nə günə qaoyublar. Sonuncu protokoldan başlayaraq EQ21455099 bütün cərimələr üzrə ədalətli qərar verərək bütün ödənişlərin geri qaytarılmasını təmin olunmasını tələb edirəm."
İctimaixeber.org olaraq bütün tərəflərin mövqeyini dərc etməkdə maraqlıyıq.