İlham Əliyevin "şiddətli töhmətinin" səbəbi bilindi-korrupsiya haqqında məlumatları sızdırmağa görə
Hökumət saytları belə məlumat yayıb:
"Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.
Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
“Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.
Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.
2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
ABŞ Dövlət Departamentinin “Fulbright” və “Edmund S.Muskie” Təqaüd Proqramlarının, eləcə də “Arden J.Elsasser Memorial Award” mükafatının qalibidir".
Dünyada korrupsiyaya ən çox qurşanmış ölkələrdən biri kimi tanınmış Azərbaycanda Əliyev rejimi korrupsiya haqqında danışanları düşmən kimi təqib edir.
Qeyd edirik ki, Şəffaf İdarəçilk ictimai biriliyin rəhbəri, əvvələr İREX ABŞ təşkilatinin İATP programı üzrə Bakı koordinatoru, daha sonra Bakı Şəhər Mədəniyyət və Turizim İdarəsində şöbə müdrü kimi işləyən Cəmil Hacıyevində bu günlərdə evinə gələrək onun polisə aparmaq istəyiblər. Hazırda mədən hasilatı sanayesində ciddi korrupsiya halları ilə əlaqədar preizdent ve onun ailəsini ittiham edən Cəmil Hacıyevin barəsində cinayət işi ilə əlaqədar araşdırma gedir.
İctimaixəbər olaraq məsələni diqqətdə sxlamaqla, bütün tərəflərin mövqeyini dərc etməkdə maraqlıyıq.