Saatlı rayonunda 3 gündür ki, vəziyyət kritik həddə çatıb. Şəhid Valeri Ələsgərov adına dörd saylı otra məktəbdə rus bölməsinin bağlanması bəhanəsi ilə başlanan proses, əslində rayonda təhsilin məhv edilməsinə yönəlmiş bir diversiyadır. Söhbət sadəcə dilin öyrədilməsindən getmir, söhbət bir nəslin gələcəyinin uçuruma sürüklənməsindən gedir!
Təhsil nazirliyi və yerli qurumların bu addımı nəyə xidmət edir?
Regionda nə ingilis, nə fransız, nə də alman məktəbi var. Yeganə alternativ olan rus bölməsini də ləğv etməklə, siz bu uşaqları dünya ilə inteqrasiyadan tamamilə təcrid edirsiniz. Dünyanın qapılarını bu uşaqların üzünə qapadaraq, onları savadsızlığa və kütləşməyə məhkum edirsiniz! Valideynlər haqlı olaraq ayaqdadır, çünki bu, sadəcə inzibati bir qərar deyil, bu, gələcək nəsillərin taleyi ilə oynamaqdır.
Xainlik, yoxsa bacarıqsızlıq?
Ölkə təhdid altındaykən, rayonda daxili narazılıq hansı məntiqə sığır? Bu, sadəcə qanunsuzluq deyil, bu, dövlətin təməlinə vurulan zərbədir!
Hadisələrin gedişatını diqqətdə saxlayacayıq.