31 may tarixində ictimaixeber.org-a daxil olan məlumat əsasında, vətandaş sorğusuna kömək məqsədi ilə, Saatlı Tibb Kolleci PHŞ-nin rəhbərliyinə sorğu göndərilmiş və bütün addımlar ictimailəşdirilmişdir. İctimaixeber-in araşdırma heyyəti Saatlı Tibb Kolleci PHŞ-nin rəhbərliyi tərəfindən verilən istənlən açıqlamanı dərc etməkdə maraqlı olduğunuda bildirmişdir. Bu məqsədlə Saatlı Tibb Kolleci PHŞ-nin rəhbərliyi ictimaixeber.org-a göndərdiyi açıqlamanı olduğu kimi dərc edrik.
" 31 may 2026-cı il tarixində ünvanladığınız elektron müraciətinizdə qaldırılan məsələlər və kütləvi informasiya vasitələrində yayımlanan iddialar Saatlı Tibb Kolleci PHŞ-nin rəhbərliyi tərəfindən diqqətlə araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq sorğunuzda yer alan iddialarla bağlı aşağıdakı rəsmi faktları diqqətinizə çatdırırıq:
Vətəndaş Fərman Kərimovun müraciətlərinin cavablandırılması barədə: Məktubunuzda vətəndaş Fərman Kərimovun rəsmi sorğusunun Saatlı Tibb Kolleci PHŞ tərəfindən cavabsız buraxılması və vətəndaşın konstitusion hüquqlarının pozulması barədə iddialar tamamilə həqiqətdən uzaqdır. Qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə vətəndaşın müraciətlərinə baxılmış və rəsmi cavablar verilmişdir:
Fərman Kərimovun Saatlı Tibb Kolleci PHŞ-ə ünvanladığı birinci müraciət ərizəsi 03.04.2026-cı il tarixində müəssisəyə daxil olmuş və müvafiq araşdırmadan sonra 20.04.2026-cı il tarixində rəsmi qaydada cavablandırılmışdır.
Vətəndaş tərəfindən göndərilən ikinci etiraz məktubu isə 21.04.2026-cı il tarixində daxil olmuş və operativ şəkildə növbəti gün, yəni 22.04.2026-cı il tarixində ətraflı şəkildə cavablandırılaraq qarşı tərəfə göndərilmişdir.
Bu faktlar sübut edir ki, kollec tərəfindən heç bir sorğu cavabsız qoyulmamış, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunvericiliyin tələblərinə tam əməl olunmuşdur.
Həkim Mürsəlov Kamal Əlimuxtar oğlunun fəaliyyəti barədə: Məktubda rəhbərliyin fəaliyyəti ilə bağlı qeyd olunan digər məsələyə — Mürsəlov Kamal Əlimuxtar oğlunun eyni zamanda Saatlı Mərkəzi Rayon Xəstəxanası PHŞ-də çalışması iddiasına aydınlıq gətirərək bildiririk ki, bu addım rayondakı kəskin həkim çatışmazlığı probleminin həllinə yönəlmiş məcburi və qanuni bir tədbirdir:
Saatlı Mərkəzi Rayon Xəstəxanası PHŞ -in Şüa diaqnostikası şöbəsində ştat üzrə heç bir USM (Ultrasəs müayinəsi) həkimi yoxdur. Müəssisədə ağır xəstələr, təcili çağırışlar və həqiqi hərbi xidmətə çağırılan çağırışçılar zamanı tibbi xidmətin təşkili üçün qonşu rayonlardan USM həkimləri dəvət olunsa da, operativlik baxımından bu həkimlərin əksər hallarda vaxtında gəlməsi mümkün olmur. Aidiyyəti üzrə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi tərəfindən də sözügedən xəstəxanaya müvafiq USM həkimi göndərilmədiyi üçün rayonda əhalinin müayinə və müalicəsində ciddi çətinliklər yaranmışdır. Yaranmış bu kəskin kadr böhranını və əhalinin təxirəsalınmaz tibbi xidmətə olan həyati ehtiyacını nəzərə alaraq, Saatlı Mərkəzi Rayon Xəstəxanası PHŞ rəhbərliyinin müraciəti ilə Mürsəlov Kamal Əlimuxtar oğlu qanunvericiliyə uyğun olaraq rəsmi müqavilə əsasında həmin şöbədə USM həkimi kimi fəaliyyətə cəlb edilmişdir.
Mürsəlov Kamal Əlimuxtar oğlunun bu fəaliyyəti hər hansı bir qanun pozuntusu deyil, əksinə, Saatlı rayon sakinlərinə fasiləsiz və operativ tibbi xidmətin göstərilməsi məqsədilə atılmış zəruri addımdır.
Yuxarıda qeyd olunan təkzibedilməz rəsmi faktları diqqətə alaraq, kütləvi informasiya vasitələrində və ictimaiyyətdə müəssisənin və onun rəhbərliyinin fəaliyyəti barədə yanlış, qərəzli və qeyri-obyektiv fikirlərin formalaşmaması üçün yayımlanan məlumatların düzəldilməsini və obyektivliyin təmin olunmasını xahiş edirik."
İctimaixeber saytı olaraq məqlədə adı şəkilən tərəflərin mövqeyini dərc etməkdə maraqlıyıq.