Türkiyənin Şirnak vilayətində ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.
Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, 2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyərinin bugünkü qiymətlərlə təxminən 12 milyard dollar olduğunu diqqətə çatdırıb:
“Terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etmişik. Buradakı neft çox yüksək keyfiyyətə malikdir. Bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyuların sayını sürətlə artırmaqla buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”.