Türkiyədə 12 milyard dollarlıq yeni neft yatağı kəşf edildi - Ərdoğan açıqladı

Türkiyədə 12 milyard dollarlıq yeni neft yatağı kəşf edildi - Ərdoğan açıqladı

Türkiyənin Şirnak vilayətində ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.
Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, 2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyərinin bugünkü qiymətlərlə təxminən 12 milyard dollar olduğunu diqqətə çatdırıb:
“Terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etmişik. Buradakı neft çox yüksək keyfiyyətə malikdir. Bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyuların sayını sürətlə artırmaqla buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”.

Комментарии (0)