DataLife Engine / Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçməsi nə qədər düzdür?

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçməsi nə qədər düzdür?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. Bu gün Xankəndindən Laçına doğru RSK-nə məxsus daha 6 maşın maneəsiz keçid edib.

 Bu barədə cəmiyyətdə müxtəlif  fikirlər dolaşmaqdadır. Şəffaf İdarəçilik İB-nin sədri Cəmil Hacıyev bu barədə açıqlama verərək  qeyd  etmişdir ki: "RSK-i Azərbaycan ərazilərində olduğundan, təchizat və təminat Azərbaycan tərəfindən  həyata keçirildiyindən, sülhməramlı kolonun  Ermənistan ərazisinə gediş-gəlişi şübhə doğurur. Azərbaycan Ermənistanla olan bütün yollara  və hətta ciğirlara tam nəzarət  etməlidir. RSK Ermənistan ərazsinə  yerdəyişmələri əsaslı olmalı və Azərbaycan tərəfini əvvəlcədən xəbərdar etməlidir. Müqayisə etmək lazımdır ki, rus hərbi birləşmələri Ermənistan ərazisində bu qədər sərbəst hərəkət  edə bilir? Azərbaycan tərəfi təcili sürətdə 5 km-lik dəhlizi tam nəzarətə  götürməli və nəzarət buraxılış məntəqəsi yaratmalıdır."

17-01-2023, 16:03
Вернуться назад