Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçməsi nə qədər düzdür?
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. Bu gün Xankəndindən Laçına doğru RSK-nə məxsus daha 6 maşın maneəsiz keçid edib.
Bu barədə cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Şəffaf İdarəçilik İB-nin sədri Cəmil Hacıyev bu barədə açıqlama verərək qeyd etmişdir ki: "RSK-i Azərbaycan ərazilərində olduğundan, təchizat və təminat Azərbaycan tərəfindən həyata keçirildiyindən, sülhməramlı kolonun Ermənistan ərazisinə gediş-gəlişi şübhə doğurur. Azərbaycan Ermənistanla olan bütün yollara və hətta ciğirlara tam nəzarət etməlidir. RSK Ermənistan ərazsinə yerdəyişmələri əsaslı olmalı və Azərbaycan tərəfini əvvəlcədən xəbərdar etməlidir. Müqayisə etmək lazımdır ki, rus hərbi birləşmələri Ermənistan ərazisində bu qədər sərbəst hərəkət edə bilir? Azərbaycan tərəfi təcili sürətdə 5 km-lik dəhlizi tam nəzarətə götürməli və nəzarət buraxılış məntəqəsi yaratmalıdır."







