DataLife Engine / Mir-Cəlal Paşayev küçəsində bir həftədir kanalzasiya suları dızə çıxır, Azərsu heç bir tədbir görmür.

Mir-Cəlal Paşayev küçəsində bir həftədir kanalzasiya suları dızə çıxır, Azərsu heç bir tədbir görmür.

Binəqədi rayonunun Mir Cəlal küçəsinin sakinləri  evlərindən qırağa çıxmaq  üçün kanalzasıya tullantılarından ibarət olan göldən keçməli olurlar.  Heydər Əliyev adına məscid tərəfdə, Zərifə Əliyeva parkın yanında, I Vitçe Prezident Mehriban Əliyevanın babasının adına olan Mir-Cəlal Pasayev küçəsinə bu cürə münasibətlə Azərsu rəhbərliyi ölkə rəhbərliyinə niyə meydan oxuyur. Sakinlər  bildirillər ki, Binəqədi rayonun nə deputatı, nə icra  başçısı, nədə bələdiyyəsi vətəndaşların problemləri ilə məşqul olmur. Dəfələrlə Azərsu ASC-ə, mənzil istismar idarəsi və digər qurumlara müraciət olunsada problem bir  həfədir həll  olunmadan qalmaqdadır.   

Məsələ ilə əlaqədar  Binəqədi  Rayon Su Kanal İdarəsinin rəhbəri ilə görüşmək istəsəkdə o katibəsi vasitəsi ilə görüşməkdən imtina etdi. Baş mühəndis Neymət Əliyev isə dəhlizdə ayaq üstü, sifətini türşudaraq ərizə ilə müraciət etməyimizi bildirdi. Buyurun qəza baş verib, öz vəzifə borclarını yerinə yetirmək əvəzinə vətəndaşlardan ərizə tələb edirlər.  Bir tərəfdən İlham Əliyevə sədaqətlərini bildirillər, digər tərəfdəndə onun atasının ,anasını və qayınatasının adlarını daşıyan məkanın bərbad halda qalmasına layqedlik göstərillər, sadə xalq onsuzda adam yerinə qoyan yoxdur. Nəhayət  neçə günlər sonra rəyət arasından çıxmış Azərsu ASC-nin mətbuat katibi vəzifəsinə gətirilmiş, Anar Cəbrayıllıya  görüntüləri göndərdik. Ümüd edirik ki, kanalzasiya çirkab suları daha böyük xəstəliyə  yol açmamış məsələ həll olunar.

Qeyd edirik ki, Binəqədi Rayon Su Kanal İdarəsində rəisləri qanunsuz əməlləri ilə daim mətbuatın diqqətində olmuşdur  ki, bunlardanda ən məşhuru əslən Qubadlıdan olan qanunsuz əməlləri saya  gəlməyən Elnur Əliyev olmuşdur. Bütün bunlara  baxmayaraq Elnur Əliyev , Yasamal , Binədəqi , hazırda isə Qaradağ Rayonunun  Su Kanal İdarəsinin rəisi kimi fəaliyyətini davam etdirməkdədir. 

Araşdırdı Cəmil Hacızadə.  


18-03-2023, 10:54
Вернуться назад