Mir-Cəlal Paşayev küçəsində bir həftədir kanalzasiya suları dızə çıxır, Azərsu heç bir tədbir görmür.
Binəqədi rayonunun Mir Cəlal küçəsinin sakinləri evlərindən qırağa çıxmaq üçün kanalzasıya tullantılarından ibarət olan göldən keçməli olurlar. Heydər Əliyev adına məscid tərəfdə, Zərifə Əliyeva parkın yanında, I Vitçe Prezident Mehriban Əliyevanın babasının adına olan Mir-Cəlal Pasayev küçəsinə bu cürə münasibətlə Azərsu rəhbərliyi ölkə rəhbərliyinə niyə meydan oxuyur. Sakinlər bildirillər ki, Binəqədi rayonun nə deputatı, nə icra başçısı, nədə bələdiyyəsi vətəndaşların problemləri ilə məşqul olmur. Dəfələrlə Azərsu ASC-ə, mənzil istismar idarəsi və digər qurumlara müraciət olunsada problem bir həfədir həll olunmadan qalmaqdadır.
Məsələ ilə əlaqədar Binəqədi Rayon Su Kanal İdarəsinin rəhbəri ilə görüşmək istəsəkdə o katibəsi vasitəsi ilə görüşməkdən imtina etdi. Baş mühəndis Neymət Əliyev isə dəhlizdə ayaq üstü, sifətini türşudaraq ərizə ilə müraciət etməyimizi bildirdi. Buyurun qəza baş verib, öz vəzifə borclarını yerinə yetirmək əvəzinə vətəndaşlardan ərizə tələb edirlər. Bir tərəfdən İlham Əliyevə sədaqətlərini bildirillər, digər tərəfdəndə onun atasının ,anasını və qayınatasının adlarını daşıyan məkanın bərbad halda qalmasına layqedlik göstərillər, sadə xalq onsuzda adam yerinə qoyan yoxdur. Nəhayət neçə günlər sonra rəyət arasından çıxmış Azərsu ASC-nin mətbuat katibi vəzifəsinə gətirilmiş, Anar Cəbrayıllıya görüntüləri göndərdik. Ümüd edirik ki, kanalzasiya çirkab suları daha böyük xəstəliyə yol açmamış məsələ həll olunar.
Qeyd edirik ki, Binəqədi Rayon Su Kanal İdarəsində rəisləri qanunsuz əməlləri ilə daim mətbuatın diqqətində olmuşdur ki, bunlardanda ən məşhuru əslən Qubadlıdan olan qanunsuz əməlləri saya gəlməyən Elnur Əliyev olmuşdur. Bütün bunlara baxmayaraq Elnur Əliyev , Yasamal , Binədəqi , hazırda isə Qaradağ Rayonunun Su Kanal İdarəsinin rəisi kimi fəaliyyətini davam etdirməkdədir.
Araşdırdı Cəmil Hacızadə.







