Daha bir analoqu olmayan idarəçiliklə qarşılaşdır. Şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərmanların, xəstələrin yaxınlarına verilməməsi ilə əlaqədar daxil olan şikayəti araşdırdıq. Məsələ ilə əlaqədar olaraq Bakı Şəhər Səhiyyə İdarəsinə və Səhiyyə Nazirliynin qaynar xətlərinə zəng etdik. Bakı Şəhər Səhiyyə İdarəsinin telefonları ümumiyyətlə cavab vermir, öz keyflərində. Səhiyyə Nazirliynin qaynar xəttlərindən isə "Şəkərli diabet xəstəliyələrə dərmanların polikilinkalardan verilməsini və polikilinikaların TƏBİB-in tabeliyində olmasını bildirdilər.
Beləki zəng edirik TƏBİB-in qaynar xəttinə. Operator Fidan Mayılbəyli bildirir ki, şəkərli diabet xəstələrə nəzərdə tutulmuş dərmanlar I qrup əlillər üçün onların qəyumlarına verilə bilər. Bu dövlət tərəfindən təyin olunub. Digər xəstələr ya özləri gəlib almalıdır yada yaxınları etibarnamə əsasında gəlib almalıdırlar.
Bu halda sual olunur bəs belə hallar qanunla neçə tənzimlənir?
Fidan Mayılbəyli bildiri ki, qanunda belə bir maddə yoxdur ki, xəstələrin yaxınları gəlib dərmanları götürə bilər və TƏBİB-in baş direktoru əvəzindən bəyanat verir ki, xəstələr gedib ASAN xidmətdən dərmanı götürəcək şəxsə etibarnamə versinlər.
Bundan sonra sikayətçi ilə birlikdə ona verilən ehtibarnamə ilə “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən, qanunda olmayan şeyləri özündən çıxardan Fidan Mayılbəylinin tələblərinə uyğun olaraq 9 N-li şəhər polikilinkasına yaxınlaşdıq. Bunuda qeyd edək ki, polikilinkanın baş həkimi YAP üzvü olaraq vəzifə liftinə minmiş və baş həkimlik postuna çıxmış, Azərbaycan dilində danışmağı özünə ayıb bilən Lalə Hacızadədir. Əlbəttdə biz orada “ bu cürə keyfiyyətə malik həkimlə” deyil, digər daha sadə və xalqı başa düşən həkimlə danışdıq. O bildirdi ki, xəstələrin yaxınları dərmanları götürub satır buna görə, nəzərət güclənib və xəstələrin özlərinin gəlib almasına icazə verilir.
Etibarnamə əsasında dərmanın verilməsinəni və “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən, qanunda olmayan şeyləri özündən çıxardan Fidan Mayılbəylinin tələbini bildirdik, baş həkimin müavini belə bir şeyin əsassız tələb olduğunu, dələduzluq və xalqı çaşdirmaqla TƏBİB-in adından istifadə etmə olduğunu qeyd etdi.
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanında,nədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarında xəstələrin yaxınlarına dərmanların verilməməsi haqqında məhdudiyyət yoxdur. Belə olan halda xəstələrin yaxınlarının dərman almalarına məhdudiyyətin qoyulması yalnız bəzi müftəxor həkimlərin qanuna zidd əməlləridən başqa bir şey deyil. Beləki yaşlı şəkər xəstələrinin tək gəlib getməsi özü onların həyatını risk altına qoyur.
Xəstələrin yaxınları bildirirlər ki, bu ilə kimi heç bir məhdudiyyət yox idi. TƏBİB-in yeni göstərişinə görə hansı ki, bu haqqda heç bir rəsmi mətbuat orqanında bir məlumatla rastlaşmamışıq, yalnız xəstələrin özləri gəlib dərmanları almalıdır, buda diabetik xəstələrə ciddi çətinlkik yaradır. Xəstələri yaxınları bildirllər ki, TƏBİB-dən etibarnamə tələbi edən şəxslər utansınlar heç olmasa, dərmanlar çox keyfiyyətsizdir. Kimdir bu dərmanlara pul verən, imkanı olan daha effektiv təsirə malik olan xarici dərmanlardan istifadə edir. Yalnız aşağı təbəqə, imkansız xəstələr bü dərmanlarla möhtacdir ki, bunuda verilməsində problem yaradırlar.
Məsələ ilə əlaqədar, “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən,qanunda olmayan şeyləri özündən çıxardan Fidan Mayılbəylinin mövqeyini deyil, TƏBİB-in özünü ciddi apara bilən nümayəndəsinin mövqeyini dərc etməyə hazırıq.