Fidan Mayılbəyli TƏBİB adından tələb edir..

Fidan Mayılbəyli TƏBİB adından tələb edir..
      Daha  bir  analoqu olmayan idarəçiliklə qarşılaşdır.   Şəkərli diabet xəstələri üçün  nəzərdə  tutulmuş dərmanların, xəstələrin yaxınlarına verilməməsi ilə əlaqədar  daxil olan şikayəti araşdırdıq. Məsələ ilə əlaqədar olaraq Bakı Şəhər Səhiyyə İdarəsinə və  Səhiyyə Nazirliynin qaynar xətlərinə zəng etdik. Bakı Şəhər Səhiyyə İdarəsinin telefonları  ümumiyyətlə cavab vermir, öz keyflərində. Səhiyyə Nazirliynin qaynar xəttlərindən isə "Şəkərli diabet xəstəliyələrə dərmanların polikilinkalardan verilməsini və polikilinikaların TƏBİB-in tabeliyində olmasını bildirdilər.
 
     Beləki zəng edirik TƏBİB-in qaynar xəttinə. Operator Fidan Mayılbəyli bildirir ki,  şəkərli diabet xəstələrə nəzərdə tutulmuş dərmanlar I qrup əlillər  üçün onların qəyumlarına verilə bilər. Bu dövlət tərəfindən təyin olunub. Digər xəstələr ya özləri gəlib almalıdır yada yaxınları etibarnamə əsasında gəlib almalıdırlar.  
 
      Bu halda sual olunur bəs belə hallar qanunla  neçə tənzimlənir?
 
      Fidan Mayılbəyli bildiri ki, qanunda belə bir  maddə yoxdur ki, xəstələrin yaxınları gəlib dərmanları götürə bilər və TƏBİB-in baş direktoru əvəzindən bəyanat verir ki, xəstələr gedib ASAN xidmətdən dərmanı götürəcək şəxsə  etibarnamə versinlər.   
 
Bundan sonra sikayətçi  ilə birlikdə ona verilən ehtibarnamə ilə “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən, qanunda olmayan şeyləri özündən çıxardan Fidan Mayılbəylinin tələblərinə uyğun olaraq 9 N-li şəhər  polikilinkasına yaxınlaşdıq. Bunuda qeyd edək ki, polikilinkanın baş həkimi YAP üzvü olaraq vəzifə liftinə minmiş və  baş həkimlik postuna çıxmış, Azərbaycan dilində danışmağı özünə ayıb bilən Lalə Hacızadədir.  Əlbəttdə biz orada “ bu cürə keyfiyyətə malik həkimlə” deyil, digər daha sadə və xalqı başa düşən həkimlə danışdıq. O bildirdi ki, xəstələrin yaxınları dərmanları götürub satır  buna görə, nəzərət güclənib və xəstələrin özlərinin gəlib almasına icazə verilir.
 
  Etibarnamə əsasında dərmanın verilməsinəni  və “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən, qanunda olmayan şeyləri  özündən çıxardan Fidan Mayılbəylinin tələbini  bildirdik, baş həkimin müavini  belə  bir  şeyin  əsassız tələb olduğunu, dələduzluq və xalqı çaşdirmaqla  TƏBİB-in adından istifadə etmə  olduğunu qeyd  etdi.     
 
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanında,nədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2005-ci il 13 may tarixli 87 nömrəli qərarında  xəstələrin yaxınlarına dərmanların  verilməməsi haqqında məhdudiyyət yoxdur. Belə olan halda xəstələrin yaxınlarının dərman almalarına məhdudiyyətin  qoyulması yalnız bəzi müftəxor həkimlərin qanuna zidd əməlləridən başqa bir şey deyil. Beləki yaşlı şəkər xəstələrinin tək gəlib getməsi özü onların həyatını risk altına qoyur.
 
     Xəstələrin yaxınları bildirirlər ki, bu ilə  kimi heç bir məhdudiyyət yox idi. TƏBİB-in yeni göstərişinə görə hansı ki, bu haqqda heç bir  rəsmi mətbuat orqanında bir  məlumatla  rastlaşmamışıq, yalnız xəstələrin özləri gəlib dərmanları almalıdır, buda diabetik xəstələrə ciddi çətinlkik yaradır. Xəstələri yaxınları bildirllər ki, TƏBİB-dən  etibarnamə tələbi edən şəxslər utansınlar  heç olmasa, dərmanlar çox keyfiyyətsizdir. Kimdir bu dərmanlara pul verən, imkanı olan daha effektiv təsirə  malik olan xarici  dərmanlardan istifadə edir. Yalnız aşağı təbəqə, imkansız xəstələr bü dərmanlarla möhtacdir ki, bunuda verilməsində problem yaradırlar.  
 
    Məsələ ilə əlaqədar, “Tibb elimləri üzrə fəlsəfə doktoru, TƏBİB-in baş sözçüsü” telefonda hayasızlıq edib hamı ilə dava edən,qanunda olmayan şeyləri  özündən çıxardan Fidan Mayılbəylinin mövqeyini deyil, TƏBİB-in özünü  ciddi apara bilən nümayəndəsinin mövqeyini dərc etməyə hazırıq.
 

Комментарии (0)