Azərbaycanda oynamış futbolçu 39 yaşında öldü.
Azərbaycanda oynamış sabiq futbolçu Mario Bojiç 39 yaşında dünyasını dəyişib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi xərçəng xəstəliyindən vəfat edib.
Məlumata görə, bir neçə il öncə Bojiçə beyin şişi diaqnozu qoyulub. O, iki dəfə əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mario Bojiç 2012-2013 mövsümündə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın "Simurq" klubunda çıxış edib.










