“Şah qanun deyil, qanun şahdır”

“Şah qanun deyil, qanun şahdır”

Gəncə şəhərində fəaliyyət göstərən hüquq müdafiəçisi Aslan Vəliyev ona  qarşı olan haqsızlıqlardan həyacan təbili çalır. 

İctimaixeber.org-a daxil olan məlumatda bu  barədə hüquq müdafiəçisi özü məlumat  vermişdir. O qarşılaşdığı haqsızlığı ictimailəşdirmək üçün bütün media qurumlarına açıq məktub göndərmişdir. Məktubun məzmunu olduğu kimi oxcuların nəzərinə çatdırırıq. 

SOS!
Məhkəmə və Məmur özbaşınalığı barəsində
MƏTBUAT ÜÇÜN AÇIQLAMA
İqlim dəyişilikləri ilə əlaqədar olaraq ölkəmizdə keçirilən beynəlxalq tədbirin fəlsəfəsi, dünya
üzrə davamlı inkişafa nail olmaq, yer kürəsinin gözlənilən fəlakətlərdən xilas etmək və bu
istiqamətdə əlaqələndirilmiş tədbirlər vasitəsi ilə, planetimizin vətəndaşları olan müxtəlif xalqlar
arasındakı münasibətlərin bir amal uğrunda uzlaşdırılmasına xidmət göstərməkdən ibarətdir.
Bu mənada xüsusi ilə enerji daşıyıcılarının istehlakçılara necə və hansı qaydalarla çatdırılması
məsələsi, birbaşa ölkə iqtisadiyyatına, əhalinin maddi rifah halına, davamlı inkişafa, tərəfləri
qanunvericiliyin tələblərinə məsuliyyətli yanaşmağa sövq edən və bilavasitə ətraf mühitə təsir edən
ən başlıca amillərdən biridir.
Bununla da aşağıda səsləndirdiyim faktlarla tanış olarkən bir başa əmin olursan ki, ölkəmizdə
insan haqlarının pozulması məsələsində önə çıxarılmalı olan ən vacib elementlərdən biri də,
təchizatçı-istehlakçı münasibətlərinin hüquqla tənzimlənməsi məsələsində, yəni, dövlətin təməl
prinsiplərində bütün tərəflər, o cümlədən: məhkəmələrimiz məsuliyyətli olmalıdırlar.
Bizim halda mən bu məsələ ilə bağlı baş verən təfərrüatlara dair həyacan təbili çalıram və
soydaşlarəmızı diqqətli olmağa dəvət edirəm.
Diqqət edək!
29.01.2024-cü il tarixdə “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi
tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Azərbaycan Respublikası Prezidentinin
Fərmanının mənə şamil olunmasına dair İddia tələbi ilə cavabdeh qismində Gəncə Qaz İstismarı
İdarəsini göstərməklə GƏNCƏ İNZİBATİ məhkəməsinə müraciət etmişdim.
Məhkəmə hakim Emin Axundovun sədrliyi ilə 05.02.2024-cü il tarixli İş № 2-1 (114)-
1766/2024 saylı QƏRARDAD çıxararaq işi (iddiamı) icraata almaqdan imtina etmiş və AR Mülki
Prossessual Məcəlləsinin 36.9-cu maddəsinə uyğun şəkildə Gəncə Şəhər məhkəməsinə müraciət
etməyimi bildirmişdir.
Odur ki, eyni iddia tələbi ilə Gəncə şəhər məhkəməsinə müraciət etməli olmuşdum.
Gəncə Şəhər Məhkəməsi hakim Zaman İmanovun sədrliyi ilə № 2(125)-2956/2024 saylı,
26.04.2024-cü il tarixli Qərardad qəbul edərək işi icraata almaqdan imtina etmiş və AR MPM-nin
bir sıra normalarına sadalamaqla, “Mediasiya haqqında” qanunvericiliyin tələblərinə uyğun şəkildə
mediasiya prosesində iştirak etməyimi bir şərt olaraq müəyyənləşdirmişdir. Və həmçinin, İddia
ərizəmin tərtibatında əməl etdiyim hüquqi normaları mənə xatırlatmaqla guya bu normalara əməl
etmədiyimi bildirmiş və daha sonra cavabdehin düzgün seçilməməsi bəhanəsi ilə Bakı şəhəri Xətai
rayon məhkəməsinə müraciət etməyimi tövsiyyə etmişdir.
Bundan sonra mən Gəncə şəhərində fəaliyyət göstərən Mediasiya şöbəsinə müraciət edərkən,
oradan mənə izah etmişlər ki, bu kimi işlər 01 yanvar 2024-cü il tarixdən onların icraatından geriyə
alınmışdır. Bu isə düşünməyə əsas vermiş ki, məhkəmə cavabdehin müdafiəsinə doğru yanıldıcı
hərəkətlərə yol verməklə Məhkəmə hakimiyyətinin səmimiliyini şübhə altına alan davranışdan
çəkinməmişdir.
Mən söz kəsərliyi olması üçün yenidən eyni iddia tələbi ilə Bakı şəhəri Xətai rayon
məhkəməsinə müraciət etməli oldum. Məhkəmə, Hakim Şəhriyar Əliyevin sədrliyi ilə, 10 iyul 2024-
cü il tarixli, İş № 2(011)-5628/2024 saylı Qərardad qəbul edərək Gəncə şəhər məhkəməsinə
müraciət etməyimi bildirmişdir.
Mən yenidən İddia ərizəmdə nöqtə və vergülünə qədər heç bir ifadə və məzmun dəyişmədən
Gəncə şəhər məhkəməsinə müraciət etməli oldum.
Məhkəmə yenidən hakim Zaman İmanovun sədrliyi ilə İddia ərizəmi icraata almaq
məcburiyyətində qalaraq işə baxılmasını 19 avqust 2024-cü il tarixinə təyin etmişdir.
Bu minvalla bir neçə dəfə müxtəlif tarixlərdə işə baxış keçirmiş, məni dinləmiş və cəmi bir
dəfə cavabdehin nümayəndəsini məhkəməyə gətizdirməyə nail olmuşdur.Sonuncu baxış 29.11.24-cü il tarixdə olsada belə yenidən işə 23 yanvar 2025-ci il tarixdə
baxacağına dair Qərardad qəbul etmişdir.
Qısası olaraq mən bir il müddətinə iddia tələbimin məhkəmə tərəfindən icraata alınması ilə
bağlı mübarizə aparmalı olmuşam və 2025-ci ildə hansı nəticənin əldə olunması böyük bir sual
altındadır.
Danılmaz həqiqətdir ki, dövlətimizin qüdrətinin dərəcəsi, məhkəmələrimizin bitərəfliliyi,
ədalətliliyi, ayrı-seçkiliyə yol verməmələri, humanistliyi və vəzifə səlahiyyətlərinin verdiyi
imkanlardan vicdanlı davranmalarının xülasələri ilə ölçülür.
Bizim halda nəql etdiyim qısa təfərrüatlarda mən bu əlamətləri müşahidə edə bilmirəm.
Diqqət edək!
Bəndəniz 2004-cü il tarixdən kommunal sferada istehlakçı hüquqlarının qanunvericilik
çərçivəsində müdafiəsi, təbliği, təşviqi ilə məşğul olan birisidir. Bunun üçün o dövrdəki
“AZƏRQAZ”ın sədri Əlixan Məlikov səviyyəsində çox saylı yazışmalarımız həyata keçirilmiş,
“təchizatçı-istehlakçı” hüquq və vəzifələrini tənzimləyən müqavilələrdə tərəfimdən səsləndirilən
təkliflər mərkəzi aparat səviyyəsində diqqətə alınmış və müvafiq dəyişiliklərin həyata keçirilməsi
məqsədə uyğun sanılmış və Sairə.
Bütün bunlar Gəncə Qaz İstismarı İdarəsində qıcıq doğurmuş və mənim cəzalandırılmağım
üçün şəxsi hesabıma külli miqdarda işlətmədiyim qaza görə borc məbləği otuzdurulmuşdur. Əlacları
olmuş olsa idi yaşadığım ünvanda torpaq altından bir tank da çıxarmağa nail olardılar.
Buna görə də, dəfələrlə rəsmi məktublarım vasitəsi ilə sorgular göndərərək, baş verənlərin hüquqi
əsasının izah olunmasını xahiş etmişəm. Heç bir halda (iki dəfə istisna olunmaqla) sorgularım və
irəli sürdüyüm tələblər cavablandırılmamış və son olaraq “Socar” Prezidenti R.Nəcəfə müraciət
edərək təfərrüatların xülasələrini açıqlamaqla diqqətə alınmasını xahiş etsəmdə belə, sözügedən
cənaba ünvanladığım rəsmi məktublara Gəncə Regional Qaz İstismarı İdarəsinin rəisinin imzası ilə
verilən cavablar ancan gülüş və rişxənd hisslərinə səbəb olmuşdur.
Bütün bunlar barəsində iddia ərizəmi icraata almış hakim cənab Zaman İmanova təfsilatlı və
yazılı formada, eləcə də, şifahi qaydada məlumatlandırsamda belə, onun tərəfindən bu dövrə qədər
həyata keçirilmiş hərəkət və ya hərəkətsizlik ancan təəssüf və təəccübümə səbəb olmuşdur.
Dəyərli oxucular!
Sivil ölkələrdə İstehlakçı hüquqları təhsil müəssisələrində tədris olunduğu halda, bizdə nəql
etdiyim təfərrüatlardan belə bir nəticəyə gəlmək olur ki, əhali qrupundan olan istehlakçılar (qazdan,
işıqdan sudan və sairə istifadə edən şəxslər) insan yerinə qoyulmamaqla paralel olaraq, məsul
şəxslər tərəfindən elə hərəkətlər həyata keçirilir ki, doğulmağına və yaşamağına peşman edilirsən.
Çünki, mübarizlik ruhumuz məqsədyönlü şəkildə sındırılmışdır. Bunun üzərinə “ƏŞI”
kəlməsinin fəlsəfəsindən doğan təfərrüatları da gəldikdə, sonda yenə əzilən, tapdalanan, talanan
bizlər olmuşuq.
Qeyd etdiklərim kimlərinsə marağına səbəb olarsa da daha geniş şəkildə faktlar üzrə
məlumatlar toplusunu təqdim etməyə hazıram.
Sual olunur!
Sadaladığım sayğısızlıq və özbaşınalığın baş verməsindəki cəsarətliliyin mənbəyi haradan
qaynaqlanır?
Mənim bu suala cavabıb belədir!
Respublikamızın idarə edilməsində vəzifələndirilmişləri öz təsirləri altında saxlamaq
qüdrətində olan və qanunsuz yollarla əlçatmaz bir sərvətə sahib olanların meydanda məğlubedilməz
sindromundan qaynaqlanır.
Məsələn:Mən Zaqataladan olan 13 fermerin ən yüksək səviyyələırdə hüquqlarının pozulması faktı ilə
əlaqədar olaraq 4 il davamlı şəkildə mübarizə apararkən, çox təzadlı təfərrüatlarla rastlaşmalı
olmuşam. Bu sıraya 1275 nəfərin imzası ilə Azərbaycan Respublikası Prezidentinə müraciətimizə
verilən cavablar olduqca orginallığı ilə diqqət çəkirdi.
Belə ki, məsələnin mahiyyətində İnzibati, mülki və cinayət tərkibi olduğundan müxtəlif
instansiyalardan daxil olan məktublardakı səsləndirilən fikirlər dövlət ərkanına və dövlət ağlına
uyğun gəlməyən formatlarda idi.
Yəni, Daxili İşlər nazirliyinə aid olan hissədə belə bir cavab gəlmişdi ki, Tovuz rayon Polis
şöbəsinə müraciət etməliyik. Bəli, Zaqatalaya və yaxud Qax rayon polis şöbəsinə deyil, Tovuz rayon
şöbəsinə.
Baş Prokurorluğa aid olan hissədə sadəcə olaraq QAX rayon Prokurorluğu səviyyəsində
nəticəsis bir görüşlə kifayətlənmişlər.
AR Nazirlər Kabinetinə aid olan Hissədə Nazirlər Kabinetindən daxil olan məktubda
bildirilmişdir ki, məsələnin ədalətli, operativ və hüquqa uyğun həll olunması üçün Neft Şirkətinə
müraciət etməliyik.
Kənd Təsərrüfatı nazirliyindən daxil olan cavab məktubunda mahiyyətə uyğun olmayan
ifadələr səsləndirilməklə, cavabın fəlsəfəsində muskul nümayişi anlamı başa düşülürdü.
Ekologiya nazirliyinə aid olan hissədə verilmiş cavab ürkək və özündə qorxaqlığı əks etdirən
ifadələrlə kifayətləndirilmişdir.
Bu sıranı artırmaq mümkün olsada belə, bir faktı xüsusi ilə vurğulamaq istəyirəm.
2019-cu ildə fermerlərlə əlaqədar nəql etdiyim prosesin məhkəmə çəkişmələrinin
davamiyyətində, iş Ali Məhkəmənin icraatında olarkən, ilk iclasdan bəlli oldu ki, hansısa nüfuzun
məhkəməyə təsiri vardır.
Odur ki, Fermerlərlə birgə təkid edərək Ali Məhkəmənin o zamankı sədri cənab R.Rzayevlə
şəxsən görüşməli olduq. Görüş çərçivəsində bir daha anladıq ki, məsələnin qanuna uyğun həllində
cənab R.Rzayevin özü belə gücsüzdür. Halbuki, hüquqi mahiyyət baxımından yuxarı instansiyalarda
hakimlik edən bir çox dostlarımız bizim iddia tələbimizin doğru olduğunu və Azərbaycan
Respublikasında hüquqi müdafiə vasitələri tükəndikdən sonra Avropa məhkəməsinə müraciət
etməyimizi tövsiyyə etmişlər. Öz növbəmizdə həmin iş üzrə Avropa məhkəməsinə müraciət etmişik
və işimizi icraata qəbul etmişlər.
Xülasəsi olaraq bildirirəm ki ali məhkəmənin sədri ilə görüşün sonunda səsləndirdim ki,
hörmətli Ramiz müəllim!
Təklif edirəm ki, yuxarıda iri hərflərlə yazılmış ŞUAR oradan götürülsün. O, Buna bir şey
demədən susdu.
Orada isə yazılmışdır!
“Şah qanun deyil, qanun şahdır”
Hörmətlərimlə; Gəncədən Aslan Vəliyev (əlaqə:0556870013)

  

İctimaixeber.org məqalədə adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırdır. 

Комментарии (0)