Hadisə 24 fevral 2023-cü ildə Qaradağ ərazisində baş verir. Dəfələrlə mətbuatda tənqid olunmasına, müxtəlif ekspertlərin belə halların qanuna zidd olmasını bildirməsinə baxmayaraq, belə neqativ hallar davam etməkdədir. Vətəndaşlara asan-pay vasitəsi ilə gələn elektron protokollar Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə cavab vermir. Beləki əksər görüntülərdə maşınlar dayanma durma nişanı və sarı xəttin təsir zonasında olması əks olunmur. Cərimələrin tətbiqində nişanların görüntülərinin olmamsı və ya maşınların qısa müddətdə dayanması, vətəndaşın maşının içində olması, təchizatçı maşınların ərzaq gətirməsi halların nəzərə alınmadan tətbiq edilməsi cəmiyyətdə ciddi narazılıq, yol polisinin isə dahada hörmətdən düşməsi ilə nəticələnir.
Vətəndaş Hacıyev Cəmil Malik oğlunun idarə etdiyi avtomobilə 24-02-2023-cü il tarixdə Qaradağ rayonu ərazisində heç kimin yolunu kəsməmək şərti ilə yol kənarında 2 dəqiqə dayanmasına görə cərimə tətbiqdən online qaydada şikayət edir. Fevral ayında edilən şikayətə aprel ayında Qaradağ YPİ-də baxılır. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunda ərizə və şikayətlərə 15 iş günüdə baxılması qeyd olunsada Qaradağ RYPİ-nin əmədaşları vətəndaşlara xidmətdə bərk gedə bilmirlər əksinə vətəndaşların mənafeyinə xidmət etməyən məsələlərdə bərk gedənlik nümayiş etdirillər. Cəmil Hacıyev Avropa Şurasının QHT-ının sədrləri üçün təşkil etdiyi formda olduğu üçün ölkəyə qayıdanda birdaha 050 306 44 44 nömrəsi ilə əlaqə saxlayır. Vəziyyəti bildirir və sorusur ki, nə məsələdir, nə üçün zəng etmisiz , kimsiz? Əlbəttə ki, Qaradağ RYPİ-nin əmədaşı özünü təqdim etməsi onun vəzəifə borcudur, lakin özünü təqdim etmək bir yana, vətəndaşla yüksək tonda, danışır, Cəmil Hacıyev onu iltizamlı olmağa, vəzifə borcunu yerinə yetirməyə dəvət etməyi polis mayorunu dahada özündən çıxardır. Heç bir problemi həll etmədən həm cəriməni, həmdə danışıq haqqının vətəndaş tərəfindən ödənilməsi bir yana, Qaradağ RYPİ-nin əməkdaşı polis mayor Mehman Əliyev vətəndaşın ünvanına təhqir edici sözlərdən istifadə etməyidə unutmur. Qaradağ RYPİ-nin əməkdaşı polis mayoru Mehman Əliyevin vəzifə səlahiyyətlərini aşmasından Cəmil Hacıyev DİN-nin 102 qaynar xəttinə şikayət edir. Məsələni qeydə alan operator Namazova işi araşdırılması üçün Qaradağ RYP idarəsinə göndərir. İdarədəki "çox səriştəlilər" işi yenidən mayor Mehman Əliyevə həvalə edirlər. Əgər bir polis əməkdaşının hərəkətlərindən şikayət varsa onu ya həmin idarənin daha böyük vəzifəlisi, ya rəisi yada daxili təhqiqat şöbəsi araşdırmalıdır. Bu halda isə şikayəti yenidən mayor Mehman Əliyev araşdırır və yenidən Cəmil Hacıyevlə hədyanla danışır. Bütün bu məsələlər haqqında nə üçün DİN-nə şikayət etdiyini, nə üçün cənab generalı narahat etdiyini yüksək tonla sorusur. Cəmil Hacıyev yenidən mayor Mehman Əliyevi iltizamlı olmağa dəvət edir və DİN-i general Vilayət Eyvazovun adından öz məqsədi üçün istifadə etməməyi bildirir. Polis mayoru Mehman Əliyevin özbaşına davranışı davam etdiyindən Cəmil Hacıyev məcbur olub yenidən DİN-nə şikayət edir. Məsələni diqqətdə saxlayacayıq.
İctimaixəbər portalı olaraq məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinin və DİN-i mətbuat şöbəsinin mövqeyini dərc etməkdə maraqlıyıq.