Polis mayoru vətəndaşı nə üçün təhqir etməlidir?

Polis mayoru vətəndaşı nə üçün təhqir  etməlidir?

Hadisə  24  fevral 2023-cü ildə Qaradağ ərazisində baş verir. Dəfələrlə mətbuatda tənqid olunmasına, müxtəlif ekspertlərin belə halların qanuna zidd olmasını bildirməsinə   baxmayaraq, belə neqativ hallar davam etməkdədir.  Vətəndaşlara asan-pay vasitəsi ilə gələn elektron protokollar Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə cavab vermir.  Beləki əksər görüntülərdə  maşınlar dayanma durma  nişanı və sarı xəttin təsir zonasında olması əks olunmur. Cərimələrin tətbiqində nişanların görüntülərinin olmamsı və ya maşınların qısa  müddətdə dayanması,  vətəndaşın maşının içində olması, təchizatçı maşınların ərzaq gətirməsi halların nəzərə alınmadan tətbiq  edilməsi cəmiyyətdə ciddi narazılıq, yol polisinin isə dahada hörmətdən  düşməsi ilə nəticələnir. 

Vətəndaş  Hacıyev Cəmil Malik oğlunun idarə etdiyi  avtomobilə 24-02-2023-cü il tarixdə Qaradağ rayonu ərazisində heç kimin yolunu kəsməmək şərti ilə  yol kənarında 2 dəqiqə  dayanmasına  görə cərimə tətbiqdən online  qaydada şikayət  edir. Fevral ayında edilən şikayətə aprel ayında Qaradağ  YPİ-də baxılır. Vətəndaşların  müraciətləri haqqında Azərbaycan Respublikasının qanunda ərizə və şikayətlərə 15  iş günüdə baxılması qeyd  olunsada Qaradağ RYPİ-nin əmədaşları vətəndaşlara xidmətdə bərk  gedə bilmirlər əksinə vətəndaşların mənafeyinə xidmət etməyən məsələlərdə bərk  gedənlik  nümayiş etdirillər. Cəmil Hacıyev Avropa Şurasının QHT-ının sədrləri  üçün  təşkil etdiyi formda  olduğu üçün ölkəyə qayıdanda birdaha  050 306 44 44 nömrəsi ilə əlaqə saxlayır. Vəziyyəti  bildirir  və  sorusur  ki, nə  məsələdir,  nə üçün zəng etmisiz , kimsiz? Əlbəttə ki, Qaradağ RYPİ-nin əmədaşı özünü təqdim etməsi onun vəzəifə borcudur, lakin özünü  təqdim etmək bir yana, vətəndaşla  yüksək tonda, danışır, Cəmil Hacıyev  onu  iltizamlı olmağa, vəzifə  borcunu yerinə yetirməyə dəvət etməyi  polis mayorunu dahada özündən çıxardır.  Heç bir  problemi  həll  etmədən həm cəriməni, həmdə danışıq haqqının vətəndaş tərəfindən ödənilməsi  bir  yana, Qaradağ RYPİ-nin əməkdaşı polis mayor  Mehman Əliyev vətəndaşın ünvanına  təhqir  edici  sözlərdən istifadə etməyidə unutmur. Qaradağ RYPİ-nin əməkdaşı polis mayoru  Mehman Əliyevin vəzifə səlahiyyətlərini  aşmasından Cəmil Hacıyev DİN-nin 102 qaynar xəttinə şikayət  edir. Məsələni qeydə alan operator Namazova işi  araşdırılması üçün  Qaradağ RYP idarəsinə göndərir. İdarədəki  "çox səriştəlilər" işi  yenidən mayor Mehman Əliyevə həvalə edirlər. Əgər  bir  polis əməkdaşının hərəkətlərindən şikayət varsa onu  ya həmin idarənin daha  böyük vəzifəlisi, ya  rəisi yada daxili  təhqiqat şöbəsi araşdırmalıdır.  Bu halda isə şikayəti yenidən  mayor  Mehman Əliyev araşdırır və yenidən Cəmil Hacıyevlə hədyanla danışır. Bütün bu məsələlər haqqında nə üçün DİN-nə şikayət  etdiyini, nə üçün cənab generalı narahat etdiyini yüksək tonla sorusur.   Cəmil Hacıyev yenidən mayor Mehman Əliyevi iltizamlı olmağa dəvət  edir  və DİN-i general Vilayət Eyvazovun adından öz məqsədi üçün istifadə etməməyi  bildirir. Polis mayoru   Mehman Əliyevin özbaşına davranışı davam etdiyindən Cəmil  Hacıyev məcbur  olub yenidən DİN-nə şikayət edir. Məsələni diqqətdə saxlayacayıq.

 İctimaixəbər portalı olaraq məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinin və DİN-i mətbuat şöbəsinin mövqeyini dərc etməkdə maraqlıyıq. 

Комментарии (0)