Access Bankdan narazı qalan Cəmil Hacıyev saytımıza yönləndirdiyi şikayət məktubunda qeyd edir: " Access Bankın Binəqədi filailından bir dəfə razı qalmadıq. Hər dəfə qarşılaşdığım mənzərə məni məcbur edir ki, bir daha bu banka üzümü belə tutmayım. Bu gun saat 12-09 da yenə məcbur qalıb banka getdim ki, manat hesabımın nömrəsini götürüm. Mənzərə acınacaqlı idi. Hesabı bağlayıblar, yeni hesab açmaq 5 manat. Yalnız bu məlumatı əldə etməyə görə 45 dəqiqə növbədə gözləmişəm. Filial direktoru qəbuluna girmişəm ki, belə uzün növbə olmaz axı məndən əvvəl gələnlər artıq işlərini görüb getdilər. Direktor Könül Qurbanova cavabi belə oldu: " Mən sizinlə normal danışıram, siz məni döymək istəyirsiz" Buda direktorun yanaşması hərçəndiki aramızda 3 mert məsafə olub və mən heç bir halda nə səsimin tonun qaldırmışam nədə etik kodeksdən qıraq ifadə eşitmişəm. Direktorun mənə qarşı şər yaxması başa düşülən olmadı. Yəqın Könül xanım həyatda şiddət gördüyündən narazı insanlar görən kimi onlara qarşı şər yaxmaya keçir. Qeyd edirəm ki, adi hesabın açılması və ya bərpası digər banklarda pulsuzdur. Yəqin Access Bankda müstəri bollğundan baş gicəlləmə baş verir. Hər bir bankın öz siyasəti var, bu barədə heç bir irad bildirmək istəmirəm, amma belə siyasətlə onlar müştərilərni tez itirəcəklər. Müştəri bolluğundan şikayət etməslərdə müştəri olaraq mən hər zaman xidmətin səviyyəsindən ciddi narazı qalmışam, heç şübhəm yoxdur ki, digərləridə razı olsunlar. Adi informasinyani digər bankda kuratoun e-mailine yazmaqla aldığımız halda bir informasiyadan ötəri , banka getmək, gəlmək, növbədə gözləmək az qala günün 3 saatını itirirsən, üstəlikdə kiçicik insident bütün əsəblərin pozulur bundan sonra gel işlə görüm neçə işləyirsən. 151 xidmətində zənglərə cavab verənlər isə təlimatı üzündən oxumadan vətəndaşi problemlərini sorusurlar , sonrada zəngi digərinə yönləndirillər. Nərmin xanım məsələnin mahiyyətini biləndən sonra Səadət Rəsulovaya yönləndirdi. Lakin gün ərzində Access Bankın müştəri hüquqları müdafiəsi bölməsindən heç kim məni aramadı."
Məsələ ilə əlaqədar internet üzərindən araşdirma apardıq və "Access Bank şikayət" açar sözlərini yazdıq, nəticələr yüzlərlə şikayətin olmasını göstərdi. Bəs Access bankın müştəri hüquqlarının qoruması departementi və ya ictimai əlaqələr, media ilə iş mütəxəssisləri nə əcəb bankın imicine xələl gətirən məsələri araşdırıb şikayətçiləri razı sala bilmirlərş
Məsələ ilə əlaqədar Access Bankın mövqeyini dərc etməkdə maraqlıyıq.