Access Bankda müştərilər nə üçün incidilir?

Access Bankda müştərilər  nə  üçün incidilir?

Access Bankdan  narazı qalan Cəmil Hacıyev saytımıza yönləndirdiyi şikayət məktubunda qeyd edir: " Access Bankın Binəqədi filailından bir dəfə  razı qalmadıq. Hər dəfə qarşılaşdığım mənzərə məni məcbur  edir  ki, bir  daha  bu banka üzümü belə tutmayım.  Bu  gun saat 12-09 da yenə məcbur qalıb banka getdim ki, manat hesabımın nömrəsini götürüm. Mənzərə acınacaqlı idi. Hesabı bağlayıblar,  yeni hesab açmaq 5 manat. Yalnız bu məlumatı əldə etməyə  görə 45 dəqiqə növbədə gözləmişəm. Filial direktoru qəbuluna  girmişəm ki, belə uzün növbə olmaz axı məndən əvvəl  gələnlər  artıq işlərini  görüb getdilər. Direktor Könül Qurbanova cavabi  belə oldu: " Mən sizinlə normal danışıram, siz məni döymək istəyirsiz" Buda direktorun yanaşması hərçəndiki aramızda 3 mert məsafə olub və mən heç bir halda nə  səsimin tonun qaldırmışam nədə etik kodeksdən qıraq  ifadə eşitmişəm. Direktorun mənə qarşı şər yaxması başa  düşülən olmadı. Yəqın Könül xanım həyatda şiddət gördüyündən narazı insanlar görən kimi onlara qarşı şər yaxmaya keçir.  Qeyd edirəm ki, adi  hesabın açılması və  ya  bərpası digər  banklarda  pulsuzdur. Yəqin Access Bankda müstəri bollğundan baş gicəlləmə baş  verir. Hər  bir  bankın öz  siyasəti  var,  bu  barədə heç  bir  irad bildirmək istəmirəm, amma belə siyasətlə onlar müştərilərni tez  itirəcəklər. Müştəri bolluğundan şikayət etməslərdə müştəri olaraq mən hər  zaman  xidmətin səviyyəsindən ciddi narazı qalmışam, heç şübhəm yoxdur ki, digərləridə razı olsunlar.  Adi informasinyani digər bankda kuratoun e-mailine  yazmaqla aldığımız  halda bir  informasiyadan ötəri , banka  getmək, gəlmək, növbədə gözləmək az qala günün 3 saatını itirirsən, üstəlikdə kiçicik insident bütün əsəblərin pozulur bundan sonra gel işlə görüm neçə işləyirsən. 151 xidmətində zənglərə cavab verənlər  isə təlimatı üzündən oxumadan vətəndaşi problemlərini  sorusurlar , sonrada zəngi  digərinə yönləndirillər. Nərmin xanım məsələnin mahiyyətini  biləndən sonra Səadət Rəsulovaya yönləndirdi. Lakin gün ərzində Access Bankın müştəri hüquqları müdafiəsi bölməsindən heç kim məni aramadı."   

Məsələ ilə əlaqədar internet üzərindən araşdirma apardıq  və  "Access Bank şikayət" açar  sözlərini  yazdıq, nəticələr yüzlərlə şikayətin olmasını göstərdi.  Bəs  Access bankın müştəri  hüquqlarının qoruması departementi və  ya  ictimai əlaqələr, media ilə iş mütəxəssisləri  nə əcəb bankın imicine  xələl  gətirən məsələri araşdırıb şikayətçiləri razı sala  bilmirlərş

Məsələ ilə əlaqədar Access Bankın mövqeyini  dərc  etməkdə  maraqlıyıq.   

Комментарии (0)