Əmirliklər Bəşər Əsədə xəbərdarlıq etdi: "Qarışma!"
Əbu-Dabidəki yüksək rütbəli məmurlar Suriya Bəşər Əsəd rejiminə İsrail və HƏMAS arasında münaqişəyə qarışmamaq üçün ciddi xəbərdarlıq edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.
Qeyd edilir ki, əmirliklər də Bayden administrasiyasına Əsədə mesaj göndərdiklərini bildirdilər. İndi dünya ictimaiyyətinin bütün səyləri Livan və ya Suriyanın müdaxilə edəcəyi təqdirdə bu müharibənin regional münaqişəyə çevrilməməsinə yönəlib.
Bəzi məlumatlara görə, Əbu-Dabi Suriya ilə münasibətləri normallaşdırıb, hətta Əsədi Əmirliklərə səfərə dəvət edib. Bu mərhələdə Əmirliklərin Suriyaya təsiri digər ərəb ölkələrindən qat-qat çoxdur.












