İctimaixeber.org-a daxil olan xəbərdə Göyçay rayonunun Məlik kənd sakinləri çıxılmaz vəziyyətdə qaldıqlarını bilidirlər.
Sakinlər qey edirlər ki, əkin sahələrinə gedən körpü aylardır uçulub. Nə kəndin icra nümayəndəsi, nə bələdiyyəsi , nədə rayon icra hakimiyyəti bir tədbir görmür. Amma su pulunu ya torpaqın icra haqqını həmən tələb edirlər. Göyçay İcra Hakimiyyətinə şikayətə gedirik şikayətlərmizi həll etmək əvəzinə, polislər evimizdən aparıllar şöbəyə ki, nə üçün rayon icra hakimiyyətinə şikayətə getmisiz.
Kənd sakinləri polis zorakılığından ehtiyat edərək kameraya danışmaq istəmirlər. Vətən müharibəsi iştirakçısı Mahmudov Sənan bu barədə bildirir ki, kəndə işsizlik və dolanışıq ağır vəziyyətdədir heç bir qurum bu barədə bir iş görmür. Kəndəki əhali sözü bir yerə qoyub Bakıya prezident aparatının qarşısına yürüş etmək niyyətindədirlər.
İctimaixeber.org şikayətdə adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməkdə maraqlıdır.