Göyçayın Məlik kəndinin sakinləri prezident aparatının qarşısına yürüşə hazırlaşırlar

Göyçayın Məlik kəndinin sakinləri prezident aparatının qarşısına yürüşə hazırlaşırlar

İctimaixeber.org-a  daxil olan xəbərdə Göyçay rayonunun Məlik kənd sakinləri çıxılmaz vəziyyətdə qaldıqlarını bilidirlər.

Sakinlər qey edirlər ki, əkin sahələrinə gedən körpü aylardır uçulub. Nə kəndin icra nümayəndəsi, nə bələdiyyəsi , nədə rayon icra hakimiyyəti bir tədbir görmür. Amma su pulunu ya torpaqın icra haqqını həmən tələb edirlər. Göyçay İcra Hakimiyyətinə şikayətə gedirik şikayətlərmizi həll etmək əvəzinə, polislər evimizdən aparıllar şöbəyə ki, nə üçün rayon icra  hakimiyyətinə şikayətə getmisiz.

Kənd sakinləri polis zorakılığından ehtiyat edərək kameraya  danışmaq istəmirlər.  Vətən müharibəsi iştirakçısı Mahmudov Sənan bu  barədə bildirir ki, kəndə işsizlik və dolanışıq ağır  vəziyyətdədir heç bir qurum bu  barədə bir  iş görmür. Kəndəki əhali sözü bir  yerə qoyub Bakıya  prezident aparatının qarşısına yürüş etmək niyyətindədirlər.  

İctimaixeber.org şikayətdə adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməkdə maraqlıdır. 

Комментарии (0)