"8-ci kilometr bazarı"nda nə baş verir? - reportaj
Ticarətçilər deyir ki, COP29-dan sonra işlərini davam etdirəcəklər, icra hakimiyyəti isə...
Bir müddət əvvəl bağlanmaq xəbəri ilə gündəmə gələn Bakının məşhur “8-ci kilometr bazarı”nda indi də küçə ticarətinin yığışdırılmasına başlanılıb. Əməkdaşlarımızın orada olduğu zaman ərazidə piştaxtaların sökülərək boşaldığının şahidi olublar. Bazar viran qalmış xarabalığı xatırladırdı. Satıcılar isə əsəbi halda əşyalarını toplayır, yaxınlaşan, sual verənlərin üstünə elə çımxırır, sanki bütün acıqlarını onlardan çıxaracaqlar. Onları hiddətləndirən isə söküntü ilə bağlı yalnız bir neçə gün öncə xəbər tutmalarıdır: “Bizə deyildi ki, üç gün vaxtınız var, bura sökülməlidir. Guya COP29 tədbirinə görə sökülür. Bizə təsəlli verirlər ki, noyabrın 20-dən sonra işimizi davam etdirə biləcəyik. Bunu bir ay əvvəldən deyərdilər ki, biz də işimizi bilərdik, bu qədər mal almazdıq. İndi bunları aparaq hara tökək?!” - deyə satıcılardan biri bildirdi.
Prezident aparatının işçısı, qeyri hökümət təşkilatının sədri, Naxşıvandan gəlib şəhərin mərkəzində obyekt sahibi olan iqtisadçı Eyyub Kərimli yaranmış mövcud vəziyyəti şərh edərkən bir sıra məqamlara aydınlıq gətirib: “Uzun illər Nizami rayonunda yaşamış sakin kimi həmin bazardan daima istifadə edirəm, bir evimdə o əraziyə çox yaxındır. Həmin ərazidə küçə ticarəti çox bərbad vəziyyətdə aparılırdı. Heç bir sanitar normalara riayət edilmirdi. Bəzən zibil qutularının yanında ət məhsulları, digər ərzaq məhsulları satılırdı. Bəzən istehlakçıları tərəzidə də aldadırdılar. O ərazi açıq satış olduğu üçün kəskin çürüntü, tullantı qoxuları gəlirdi. Daim orada palçıq olurdu, çünki ərzaq məhsulları su ilə yuyulurdu. Heç bir sanitar normalara, qida təhlükəsizliyi normalarına cavab vermirdi. Bəzən orada, açıq havada ictimai iaşə fəaliyyəti həyata keçirilirdi. Səs-küy çox olurdu. Yaxınlıqdakı binalarda yaşayışı dözümsüz hala gətirmişdi. Bu baxımdan ərazinin yığışdırılması, qaydaya salınması müsbət addım kimi qiymətləndirilməlidir. Əlbəttə, orada fəaliyyət göstərən, küçə ticarəti ilə məşğul olan sahibkarlara əlavə yer ayrılsın. Yeni ticarət mərkəzi açıla bilər, onlar güzəştlərlə müəyyən müddət fəaliyyət göstərə bilərlər, gəlir əldə edə bilərlər. Ticarət mərkəzləri yaxında da qurula bilər. Orada fəaliyyət göstərən sahibkarların hüquqlarının qorunması üçün bazarın ən münasib yer bazarın içində ola bilər. Ümumiyyətlə, bazarın içində də boş yerlər olurdu, lakin insanlar nədənsə çöldə ticarət edirdilər. Bazarın içində də müəyyən şərait yaradıla bilər. Bu hal aidiyyəti qurumlar tərəfindən öz həllini tapa bilər. Müvafik strukturların vətəndaşların anasın agladıb, atasına od vurmaları halları müşahidə olunmamışdır. Gələcəkdə belə hallar olsa bununla bağlı tədbirlər görüləcəkdir”.







