BP və SOCAR: Hasilat və sosial infrastruktur arasında fərqlər. Araşdırma.

BP və SOCAR: Hasilat və sosial infrastruktur arasında fərqlər. Araşdırma.

BP və SOCAR: Neft Platformaları Arasında Hansıkı fərqlər.  Daha Üstünü hansıdır? 

Azərbaycan dünya bazarında önəmli enerji istehsalçısı kimi tanınır və bu sahədə iki iri oyunçu var: BP və SOCAR. Hər iki şirkət də ölkənin enerji sektoruna təsiri olan neft platformalarına malikdir. Ancaq bu iki operator arasında çox ciddi fərqlər var. BP-nin idarə etdiyi platformalar yüksək təhlükəsizlik, rəqabət qabiliyyətli maaşlar və ekoloji standartlara 100% yaxın səviyyədə  riayət olunması ilə nümunəvi hesab olunur. SOCAR-ın platformaları isə korrupsion idarəçiliyə mailk olmaqla,  şəffaflıq çatışmayan, şəraitin ağır olduğu və ekoloji problemlərin artdığı obyektlərdir. 

        BP-nin Nümunəvi Fəaliyyəti

BP Azərbaycanda 1990-cı illərdən etibarən fəaliyyət göstərir və o vaxtdan bəri dünya çərçivəsində çoxsaylı standartlara cavab verən neft platformaları inşa edib. Xüsusilə, şirkətin əsas operatoru olduğu Azəri-Çıraq-Günəşli (AÇG) yatağı Azərbaycan iqtisadiyyatının lokomotivi sayılır. Burada fəaliyyət göstərən doqquz dəniz platforması mütərəqqi texnologiyalarla təchiz olunub və işçilərə ideal şərait yaradıb. BP şəffaf maaş siyasəti yeridir və işçilərin rifahına xüsusi önəm verir. Bundan başqa, şirkətin ekoloji siyasəti dünyanın ən qabaqcıl tələblərinə uyğun qurulub. BP 2030-cu ilə qədər neft və qaz istehsalında məşəl yandırma praktikasını tamamilə aradan qaldırmağı hədəfləyir və bu istiqamətdə artıq əhəmiyyətli nəticələr qazanıb.

   SOCAR-da Problemlər

SOCAR isə dövlət şirkəti olaraq sənaye standartlarını təmin etməkdə ciddi problemlərlə üzləşir. Neft sektorunda şəffaflığın çatışmaması, əmək haqlarının azlığı və işçilərin sosial müdafiə təminatının zəif olması  şirkətin ən böyük problemlərindəndir. SOCAR-ın idarə etdiyi bəzi platformalarda işçilər yüksək risklər altında çalışır və təhlukəsizlik standartları ciddi şəkildə pozulur. Ekoloji problemlər də SOCAR-ın neft platformalarında kəskindir. Məlumatlara görə, şirkətin bəzi obyektlərində məşəl yandırma praktikaları artıb ki, bu da təbiətə ciddi ziyan vurur. SOCAR-ın ekoloji siyasətinin qeyri-kafi olması Azərbaycanın ekoloji böhranla üzləşməsini sürətləndirir. 

BP və SOCAR: Kim Öndədir? 

Nəticə etibarilə, BP-nin Azərbaycandakı neft platformaları həm işçilərin rifahı, həm də ekoloji siyasətlər baxımından tam ideal olmasada, üstünlük təşkil edir. SOCAR isə bu sahələrdə ciddi islahatlara ehtiyac duyur və beynəlxalq standartlara cavab vermək üçün konkret addımlar atmalıdır. BP-nin ölkəyə sərmayə qoyması və innovativ yanaşması onu Azərbaycanda enerji sektorunun liderə çevirir.

 Azərbaycanda Neft Gəlirləri Xalqın Yoxsa Hakim Elitanın Cibinə Axır? Azərbaycan 1990-cı illərdən etibarən dünyanın əhəmiyyətli enerji istehsalçılarından birinə çevrildi. Ölkənin dəniz və quruda olan neft və qaz ehtiyatları milyonlarla insanın rifahını yüksəldə biləcək imkanlar yaratsa da, bu sərvətin paylanması ədalətsizliklər və korrupsiya iddiaları ilə mühakirələrə səbəb olub. Neftin nəqlində şəffaflığın təmin edilməsi  yalnız xarici şirkətlərin iştirak etdiyi layihələr üzrə təmin  olunur ki, burada Bakı-Ceyhan kəmərini qeyd  etmək olar. Amma bu kəmərlə nəql olunan neftin birjalrda  satışında Azərbaycanın hüququ yoxdur. Bu light brendi altinda satılır. Azərbaycan mediasinda isə bunu Azəri-light nefti adlandırıllar. Ümumiyyətlə 1994-cu il müqavilələrinin şərtləri detallı şəkildə xalqa açıqlanmadığı halda 2017-ci ildə birinci neft müqavilələrinin vaxtı bitməmiş, hasilat neftini 80% Azərbaycanın payına düşdüyü halda “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılaraq Azərbaycanın payı 80% dən 25% endirildi.  

Neft pulları xalqa necə çatır? 

Azərbaycanın neft və qaz sektoru ölkənin ümumi daxili məhsulunun (ÜDM) 50%-ni, dövlət büdcəsinin isə 60%-ə yaxınını təşkil edir. SOCAR və BP kimi iri neft şirkətləri vasitəsilə dünyanın ən böyük enerji bərpa mənbələrindən birinə sahib olan Azərbaycanın neft bumu milyonlarla insanın həyatını dəyişdirməli idi. Amma gəlin reallığa baxaq.Bu gün Azərbaycan əhalisinin yalnız 2% qədəri neft-qaz və bu sahənin alt  sektorlarında çalışırlar. 

Neft Pulları Kimin Cibinə Gedir?

Beynəlxalq Tənqid və Sənədlər. Transparency Internationalın 2023-cü il üçün hesabat xarakterli   Korrupsiya Qavrama İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 154-cü yerdə olmaqla, cəmi 23 bal toplayıb. Bu göstərici Azərbaycanda korrupsiyanın dərinliyini və dövlət idarəçiliyində şəffaflıq probleminin olduğunu açıq şəkildə ortaya qoyur.“Azerbaijani Laundromat” adı ilə tanınan beynəlxalq pul yuma sxeminə görə, 2012-2014-cü illər arasında Azərbaycandan 2.9 milyard dollar xarici siyasətçilərə və yerli elitanın nəzarətində olan hesablara köçürülmüşüdür. Bunun nəticəsində Azərbaycan neft gəlirlərinin xalqın deyil, hakim elitanın maraqlarına xidmət etdiyini ortaya qoydu. 

Xalq Nə Qazanır?

Dövlətin neft gəlirlərinin xalqın rifahına xərclənməsi iddiası sadəcə kağız üzərində qalır. Bu gəlirlər hesabına yollar, metro xətləri və sosial layihələr inşa edilsə də, bütün bünları ölkə üzrə müşahidə etmək olmur. Bakı şəhərində daha  yaxşı infrastruktur qurulsada, bunu şəhərdən 50 km qıraqda görmək olmur. Regionlar və rayonların kəndlərində insanlar hələ də SSRİ dövüründən qalmış  köhnə sərnişin avtobusları və dəhşətli sosial böhranlarla üz-üzə qalmaqdadırlar. Əhali daha yaxşı səhiyyə, daha  yaxşı sosial xidmətlər, daha  yaxşı təminat və təchizat üçün paytaxta və respublikanın iri şəhərlərinə üz tuturlar ki, bu müstəqliliyini  Azərbaycanla eyni vaxtda əldə edən ölkələrlə müqasidə tam əksinədir və daha az maliyyə imkanlarına malik ölkələrdə daha  çox demokratiya və xalq hakimiyyəti mövcuddur. Xüsusilə regionlarda işsizlik, sosial yardımlara çatım problemi və dövlətin vəsaitlərinin qeyri-bérəbər paylanması insanların narazılığına səbəb olur.

İşçılərə münasibət. 

Ümumilikdə ARDNŞ-ə daxil  olan idarə etmə organlarının sayı çoxdur. Bu idarəçiliyin effektivliyini  artırmır. İşçilərə münasibətdə BP ilə ARDNŞ-i arasında böyük  fərq  var. BP  işçiləri sosial  cəhətdən tam təmin edirsə, ADRNŞ-nin regionlardakı neft  hasilatı platformalarının işçilərinə normativlərə  uyğun ərzaq, əlcək, 72%-lik sabunu  belə vermir.  İşçilərin şikayətləri dayanmadan davam edir. 

Həlli Yolları

Azərbaycanda neft gəlirlərinin ədalətli paylanması üçün ciddi islahatlar lazımdır. Ən vacib addım şəffaflıq və hesabatlılıq prinsipinin təmin edilməsidir. Xalqın real iqtisadi rifahını artırmaq üçün dövlət rəhbərliyinin ciddi siyasi iradə göstərməsi lazımdır. Ancaq bu gün Azərbaycan neft gəlirlərinin xalqın deyil, siyasi elitanın cibinə getdiyini görməmək artıq mümkün deyil.2016-ci ildən Mədən Hasilatında Şəffalıq Təşəbbüslərini tərk edən Azərbaycan hesabatlıqdan uzaqlaşmaqla avtoritar idarəçiliyi daha sərt şəkildə tətbiq edir. Hərçəndi ki, Mədən Hasilatında Şəffalıq Təşəbbüslərini mədən hasilatı sənayesinə malik olan bütün üzv və qeyri üzv ölkələrdən tələbi 2021-ci ildən bütün mədən hasilatı üzrə gəlirlərin sonuncu nöqtəyə qədər xərclənməsinin açılanmasını təmin etmək olsada, Azərbaycan hakimiyyəti  hələdə bu standartları yaxına belə qoymaq fikirində deyil.  Mədən Hasılatında Şəffaflıq Kolalisiyasinin şura  üzvüluyundə təmsil olunan QHT sədri kimi qeyd  etmək istəyirəm ki: “Xəzər dənizindəki  hasilatında nümunəvi sayılan BP-yə dəfələrlə müraciət edərək, hesabatlarında göstərilən ekoloji standartların reallıqda monitoringinə icazə  və elan olunan göstəricilərin  faktlara əsaslanaraq naturada müşahidəsini təmin edilməsini istəsəkdə bunu təmin etmyiblər və yazılan məktublar  bu  günə kimi cavabsız qalmaqdadır. Bu onun göstəricisidir ki, hətta hasilatda nümunəvi sayılan BP belə ekoloji standartlara tam əməl etmir.”

Sevil Kazım.

Комментарии (0)