QHT rəsmisini prezidenti tənqid etdi, polisə çağrılıb təhdid edildi.

QHT rəsmisini prezidenti tənqid etdi, polisə çağrılıb təhdid edildi.

Şəffaf İdarəçilik  ictimai birliyinin icraçı direktoru Sevil  Kazım özünü X  hesabaında prezidenti təndiq edib. O  belə  bir  status  paylaşıb: " Bu günlərdə oxudum ki, Bakı metropoliteninin rəisi, insan sıxlığına səbəb olan qatarlar arası vaxtı düzgün tənzimləməməsi, vəzifəsini yüksək səviyyədə icra etmədiyinə görə işdən çıxarılıb. Amma yerüstü nəqliyyatın normal idarə olunması, mənasız süni tıxacların aradan qaldırılması heç  kimi maraqlandırmır. Bu gün  Səbayel  rayonu Yeni Salyan şosesində  üç saatdan çox  tıxacda oturmuşam.  Tıxacın səbəbi Azərbaycan prizidentinin ailəsi ilə Bayraq meydanında yerləşən hansısa restoranların birində şam yeməyi etməsi idi. Prezident və ailəsinin təhlükəsizliyi başa  düşüləndir, amma üç  saat yarım şam edəcəyiniz vaxtı şəhərin giriş və çıxışını niyə bağlatdırırsız  ,cənab prizident? Niyə  gündəlik  problemlərindən xəbərsiz olduğunuz qara hesab etdiyiniz bu caamatı incidirsiz? Heç olmasa gəldiyiniz və getdiyiniz  saatlarda yolu baglayın, siz, kimdən gorxursuz? Hamı sizden gorxur ki, sizin bir  əmrinizlə insanların evlərindən , tonlarla  narkotik , tank , top , saxta və qaçaq yolla ölkəyə gətitilən valyutalar çıxır, vətəndaşlar günahsız həbs  olunur.                              

Dəhşətli tıxac vaxtında avtobus zolagları boş qalsa belə , yol polisinin yolu düzgün nizamlamasını görmək olmur. Əksinə  bu zolaqlarda  AA, PP, PA seriyalı  maşınların sərbəst və  cəriməsiz, sadə vətəndsaş üçün isə qadağan edilməsi , zolağa çıxdığı halda cərimələnməsi, ayrıseçkilik və  büdcəni doldurma alətidir.  Gorən  nə vaxtsa belə qəribə vəziyyətlər kimisə maraqlandıracaq və yolları düzgün  idarə edəcəklərmi ?  Mən bu sahədə iqtidarin heç bir konsepsiyası ilə rastlaşmamışam.  İnsanları evlərinə qapamaqla  yolları idarə edib tıxacsız ölkə görünütüsu yaratmaqla, Azərbaycanı bir daha  analoqu olmayan ölkə stastusuna gətirir.  COP29 da tətəbiq olunan qadağalar suni şəkildə  tədbir ishtirakçılarına ölkənin tıxacsız olduğunu gostərdi.

Əslində bütün iqtidarın belə qadağaları  xarici qanaqlara xoş, iqtidarın imicinə müsbət , sadə xalqın hüquq  və azadlığına mənfi təsir göstərməkdədir.  Bir xalq olaraq  insan hüquq və azdlıqlarımızı  hələ də başa düşmürük, qəbul edilən budur  ki, iqtidar xalqı onun iradəsinin əleyhinə məcbur edir. Məcbur  etmə isə   insan hüquq  və azdlıqlarına  ziddir. 


 


15.12.2025 (yenilənib)

Bu yazıdan iki gün sonra Sevil Kazım yolda qara maskalı şəxslər tərəfindən oğurlanaraq  məcburi surətdə qara pərdəli jeep markalı maşına  basılaraq naməlum istiqamətə aparılıb. Onun ailəsi bu  barədə bütün lazımı orqablara  məlumat versədə heç bir  rəsmi açıqlama verən yoxdur.  Bir  neçə gündən sonra onu azad edərkən , onun bütün statusları silinmiş, özünə isə  fiziki zor tətbiq olunmuşdur. Sevil Kazım başına  gələnləri açıq şəkildə bildirəcəyi təqdirdə onu və ailəsini öldürcəkləri ilə təhqiq  olunduğunu  bildirir. 


Комментарии (0)