907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsi, Azərbaycanın buna ehtiyacı qalmayib.
907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib.
Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib.
Qanun layihəsində bildirilir ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirmişdir və elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb.
Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Qeyd edək ki, bu ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.
Bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.
Azərbaycan hökümətinin başçısı işə dəfələrlə öz çıxışlarında Azərbaycanın heç bir xarici malliyyəyə ehtiyacı olmadığını və Beynəlxalq Maliyyə İnstitutlarından alının kreditlərin yalnız bu institutların xeyrinə əməkdaşlıq xarakterli xarakteri daşıdığını qeyd etmişdir.
Ermənistan və Azərbaycanı barışdıran ABŞ prezidenti isə SSRİ KP-nin I katibi L.İ. Brejnev Azərbaycanı Əfqanistanla səhv saldığı kimi, Azərbaycanı Albanıya ilə səhv salmışdı. Vasington görüşünün Azərbaycan ictimayəti üçün qapalı olan pərdə arxası məqamları belə idiki, ABŞ şirkətləri Azərbaycan neftinin 75% əldə edilməsinin dayandırır. Azərbaycan Qərbi Azerbaycan torpaqlarını birdəfələk yadından çıxarır. Anklablar məsələsində razılaşmanı Ermənistan və Azərbaycanın ixtiyarına buraxıllar. Zəngəzur dəhlizindəki infrastrukturun qurulmasının maliyyə tərəfini ABŞ və Azərbaycan tərəfi yerinə yetirəcək. “Azadlığa dəstək qanununa” 907-ci düzəlişi bu gün Azərbaycan üçün heç nə vəd etmir. ABŞ yenədə qarant layihələrdə Ermənistan və Gürcüstani əsas sayaraq hərəkət edəcək. Azərbaycanın ehtiyaci olduğu hərbi yardımdan isə söhbət gedə bilməz.
Siyasi araşdırmaçı
Cəmil Hacıyev.






