Beynəlxalq Təşəbbüsün Azərbaycan nümayəndəliyi Xankəndi Laçın yolundakı aksiyada oldu.
Mədən Hasilatında Şəffalıq Təşəbbuslərinin Artırılması (EİTİ) və Ödədiyini Açıqla (PWYP) Milli Koalisiyasının Şura üzvü Cəmil Hacıyev Xankəndi Laşın yolundakı aksiyada oldu. Bu barədə Cəmil Hacıyev öz facebook səhifəsində yazdı. Paylaşmada deyilir: "Xankəndi Laçın yolunun bağlanması aksiyasına dəstək verdik. Azərbaycan ərazilərində təbii ehtiyatların talan edilməsinə, rus sülhməramlılarının ərazilərimizdə sərbəst hərəkət etməyimizə qadağa qoymalarına etiraz etdik."
Cəmil Hacıyev daha sonra qeyd etmişdir ki, Rusiya sülhməramlıları BMT-ının sülh missiyası altında deyildir. Azərbaycan məsələni üzatmadan rus sülhməramlılarının missiyasının dayandırılması məsələsini parlamentdə müzakirələrə çıxarmalı və missiyanın fəaliyyətinə yenidən baxılması məsələsini qaldırılmalıdır. Azərbaycan BMT-inin tanıdığı sərhədlər daxilində bütün ərazilərdə öz inzibati idarəçiliyini qurmalıdır. Ərazilərdə qanunsuz fəaliyyət göstərən xarici şirkətlər dərhal mədən hasilatı fəaliyyətlərini dayandirmalıdır ki, bunu 1907-ci ildə qəbul edilmiş münaqisə zonaları haqqında Haaqa qaydaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası diqtə edir.






