Gənc ixtisaslı kadrlar həyacan təbili çalırlar  

Gənc ixtisaslı kadrlar həyacan təbili çalırlar   

Cəmiyyətin inkişafı və artan ehtiyacların ödənilməsi məqsədi ilə ictimia iaişə obyetlərinin açılması başa düşüləndir. Lakin ictimai iaişə obyetlərində estetik əmaliyyatlar adı altında plastik cərrahi əməliyyatların keçirilməsi, vətandaşların üzrərində təcrübə keçirilməsi heç curə başa düşülən deyil. Bu işlə məşqul olanların vicdani yoxdursa bəs bu sahəyə nəzarət edən Səhiyyə və İqtisadiyyat Nazirliklərinin müvafiq  qurunları niyə  belə qanunsuzluqlara göz yumurlar. Görün iş hansı həddədir  ki,  Binəqədi rayonunun 9 saylı polikilinikasının pasientləri  narazılıqla bizə müraciət edirlər. Onlar bildirllər ki, poliklinkada çox savadlı, qabiliyyətli Toğrul Əlibəyli adlı diş  həkimi var, hamı onun işindən çox razıdır. Hamıya qayğı və diqqət yetirir. Lakin ərazi üzrə estetik mərkəzlərdə ixtisassız , savadsız , estetik əməliyyat edən, diş implantantı edən, diş çəkib çənə sındıran, lisensiyasız, qara yollarla həkim adını satın alıb, insanları düzgün müalicə etməyənlər yağışdan sonra qamış kimi əmələ gəliblər. Bunlar haqqında ölçü götürən yoxdur. Belə çıxır ki, Səhiyyə və İqtisadiyyat nazriliklərində işləyənlər belələrinin himayə edir.Belə yerlərdə ciddi sürətdə vergidən yayınma və estetik mərkəzlərin əksəriyyətində əxlaqı yüngül qadınların toplaşması müşahidə olunur.

Məsələ ilə əlaqədar araşdırma aparıb vətəndaşların haqlı narazılığının şahidi olduq. Beləki,9 saylı poliklinikadan öyrəndik ki, dəfələrlə şənəsi sınmış, dişi düzgün çəkilməmiş insanların diş həkiminə müraciət etmişdir. Bəzi estetik mərkəzlərə müraciət  etmiş, dişi düzgün çəkilməmiş, düzgün olmayan  burun əməliyyatı və digər estetik əməliyyatları səhv etməklə pasietlərdə travmalar , sağalmaz psixoloji yaralar almış xəstələrlə görüşdük.

İşin bələsi budur ki, vətəndaşlar pozulan hüquqlarının bərpası üğrundakı mübarizədə həm pulu gedib həm vaxtı gedir   və nəticədə yoxdur, bu işlə məşqul olan orqanlar vətəndaşları aldadırlar. Heç kimi törədikləri cinayətə görə məsuliyyətə cəlb etmirlər. Zərərçəkmişlər bildirillər ki, bu mərkəzlərin, gözəllik akademiyalarının rəhbərləri vəzifəli şəxslərin saxladıqları və ya qeyri rəsmi əlaqədə olduqları insanlardırlar. 

Məsələni diqqətdə saxlayacayıq.

Комментарии (0)