İstanbul klinikasının radiologiya şöbəsin karvansaraya döndərdilər.
İctimaixəbər portalına daxıl olan məlumatda şikayətçı Hacızadə Cəmil bildirir: "Bu gun 11-30 radələrində 6 nömrəli xəstəxananın göndərişi əsasında, TƏBİB-lə müqaviləsi olan İstanbul NS klinikaya MRT çəkdirmək üçün getdim. İstanbul NS klinikasının daxili qaydalarına görə radiologiya şöbəsində bir neçə gün əvvəldən qeydiyyata yazılmışdım. Mənə bildirmişdilər ki, həftənin birinci günü saat 12-40da klinikada olun növbə saat 13-00da olacaq. Mən daha tez gəlmişdim və demək olar ki, planlı xəstələr yox idi. Bunula belə radiologiya şöbəsinin qapısı karvansara qapısına dönmüşdü. Əğər klinikanın rəhbəri təsədüfən bunu araşdırmaq istəsə yəgin ki, kameralarda bütün bu halları görəcək. Bir tək mənə gözləmək qalmışdı. Sadəcə olaraq İstanbul klinikasının adı var , orada olduğum vaxtı bu nəticəyə gəlmək olurdu.110-cu otaqda işləyən bir xanım "qeədeş söhbətləri" aparır, digər bir işçi isə üzərində ad və soyadı olmadan etikadan qıraq və üça tonla insanların arasında üstümə qışqırırdı. Mən hər ikisini iltizamlı olmağa, etik davranış kodeksinə riayət etməyə, vətəndaşlarla rəsmi müraciət formasında danışmaqlarını bildirsəmdə onlara bu cürə davaranışdan üzaq olduqlarını nümayiş etdirirdilər. Məsələ ilə əlaqədar baş həkimin səlahiyyətli nümayəndəsi Şəfəq Əliyeva ilə görüşdüm. Bildirdim ki, mən saat 13-00 yazılsamda komputerdəki siyahı üzrə aydiyyatı olmayan və plandan qıraq şəxslərə xidmət olunur. Əgər siz TƏBİB-lə müqavilə bağlayıb öhtəlik götürmüsüzsə bu halda göndərişlə gələn xəstələri incitməyin. O başdan rədd edici cavablar verərək öz işcilərinin hərəkətlərinə haqq qazandırıdı və növbənin hələ saat 13-00da çatacağını bildirirdi. Belə olan halda mən soruşurdum ki, axı siz hansı ədalət prinsipi əsasında fəaliyyət göstərirsiz? Əgər məndən əvvəli insanlar gəlməyibsə bu halda mənə xidmət olunmamalıdır? Mən oturub öz vaxtımı gözləməliyəm, bu düzgün yanaşma deyil axı. Məndən əvvəlki insanlar gəlməyibsə siyahı üzrə növbəti gələn insana xidmət oluna bilər. Lakin işçisi necə özün yuxarıdan aparırdısa rəhbəridə o qaydada davam etdiyini görüncə İstanbul NS klinikasını seçməkdə səhv etdiyimi və bu klinikanın tibbi personalının insanlarla rəftarının hələ normal olmamasını gördüm. Mən klinikanın baş həkimi ilə görüşmək istəsəmdə, Şəfəq Əliyeva klinikanın baş həkimi Azər Nəsirovun işləri onun öhdəsinə buraxdığını və hazırda baş həkimin olmadığını bildirdi. Mən radiologiya şöbəsinın çox dəqiq işləyən iki işçisinin əmri əsasında saat 12-59da bir daha qapını döyüb bildirdim ki, indi nə deyirsiz saat 13-00da mənim növbəmdir. Bu halda orada işləyən və məndən dəqiqliyi tələb edib özü isə qeyri dəqiq olan şəxslər artıq geç olduğunu və mənim əvəzimə başqa vətəndaşın içəri alındığını bildirdilər.
Məcbur olub sığorta şöbəsinə getdim, orada da şöbə müdürü qeyri etik davranış nümayiş etdirərək kobudluğa yol verirdi. Mən göndərəşin ləğv olunmasını bildirdim və İstanbul NS klinikasını tərk etdim. Bütün bu yaşadıqlarımdan sonra bir daha İstanbul NS klinikasına hər hansı müayinə və müalicə üçün getmərəm və bütün vətəndaşlarada tövsiyyə edirəm ki, bu İstanbul NS klinikasına gedib əsəblərin və vavxtların boşa xərcləməsinlər. Mən orada MRT almaqdan imtina etdim və klinikanı dəyişməkdən ötəri, eyni zamanda İstanbul NS klinikasından şikayət, icbari tibbi sığortadan çıxarılması, bunun əvəzinə digər, vətəndaşlarla normal davranışa malik klinikalarla əməkdaşlıq edilməsi üçün TƏBİB-ə müraciət etdim."
Qeyd edirik ki, İstanbul NS kinikası TƏBİB-lə müqavilə əsasında icbari tibbi sığorta göndərişləri ilə vətəndaşlara pulsuz xidmət göstərir və bu xidmət haqqı TƏBİB tərəfindən klinikaya ödənilir.
İctimaixəbər informasiya portalı olaraq şikayətdə qeyd olunan hər hərəfin və fərdin mövqeyini dərc etməkdə maraqlıyıq.








