Finlandiya ardıcıl olaraq altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Finlandiya ardıcıl olaraq altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Siyahıda ikinci və üçüncü yerləri müvafiq olaraq Danimarka və İslandiya bölüşüb. İsrail doqquzuncu yerdən dördüncü yerə yüksəlib.
Şərqdə Rusiya, şimalda Norveç və qərdə İsveçlə həmsərhəddir. Qərbdə Botniya və cənubda Fin körfəzlərində sahili var. Sahəsi 338.455 km², əhalisi 5,5 milyondur. Ölkənin paytaxtı Helsinki, həmçinin ölkədəki ən böyük şəhərdir. Rəsmi dil fin dilidir. Finlandiyanın cənub ərazilərində rütubətli kontinental iqlim, şimal ərazilərində isə subpolar iqlim müşahidə olunur. Ölkədə 180 mindən çox göl var.
Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlilər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.

Hazirladı: Xəyalə Qafaraova

Комментарии (0)