Zakir Fərəcov işdən azad edilir: Sumqayıt şəhər stadionunun açılışını yeni başçısı edəcək.

Zakir Fərəcov işdən azad edilir: Sumqayıt şəhər stadionunun açılışını yeni başçısı edəcək.

Bir neçə gün öncə Sumqayıt şəhər stadionu ilə bağlı yazı təqdim etmişdik. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilmir. 

Buna səbəb isə yoxlamalar zamanı stadionda kifayət qədər ciddi problemlərin aşkarlanmasıdır. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir.

"Azərbaycan Reallığı" bu barədə yeni məlumat əldə edib. Bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.

Комментарии (0)