İctimai fəal həyat yoldaşının ölümündə Azərbaycandakı siyasi rejimi günahlandırdı.

İctimai fəal həyat yoldaşının ölümündə Azərbaycandakı siyasi rejimi günahlandırdı.

İctimai fəal Cəmil Hacıyev həyat yoldaşı Xəyalə Qafarova  barəsində öz  facebook səhifəsində ürək ağrıdan status paylaşmışdır. Paylaşımda belə deyilir: 

"Hər bayramda sən gələrdin Lənkarandan Bakıya, indi mən gəlirəm, səni görmək üçün sənin əbədi evinə. Allah səni rəhmət eləsin."

Biz Cəmil Hacıyevlə əlaqə saxladıq o  həyat yoldaşı Xəyalə Qafarovanın vaxtsız dünyadan köçməsində birinci səbəbkarı Əliyev və Paşayevlərdən ibarət rejimin  olduğunu  bildirdi. " Heç bir  halda qaralamaq və nahaq danışmaq fikirim yoxdur. Mərhumə həyat yoldaşım heç bir  ziyan olmasını istəmirəm. Ankoloji mərkəzdə xüsusən qadınları düzgün müalicə etmirlər. Ancaq lazımsız yerə qəssablıqla məşqul olurlar. Çox cəhd  etdik, hətta bacısı şəhidin yoldaşı kimi müraciət  elədi ki, onun xaricdə müalicəsinə köməklik eləsinlər, heç bir  köməklik edilmədi. Mövcud rejim həkimlərə verdiyi xüsusi göstərişlə  bizim ailəni dağıtdılar. Əliyevlər bizdən bu yolla  məni cəzalandırdılar. Hərçəndiki, mənim istədiyim, həkimlərdə daxil olmaqla bütün vətəndaşlar üçün xoş gələcək, rüşvətsiz idarəçilik , insan hüquq və azadlıqlarına  hörmət, büdcənin talan edilmədən xalqın mənafeyinə xərclənməsi idi. Lakin belə istəklərlə bizə bu cəmiyyətdə yer yoxdur. Xəyaləyə  ilk gündən düzgün diaqnoz qoyulmamışdı və onu müalicə etmək əvəzinə tələsik əmaəliyyata alıb törəyicilərə bicaq vurdular. Belə şeyləri öz balana  edərsən, ay Azər adlı həkim? Bundan sonrada onun müalicəsi düzgün aparılmadı, həkimlər bütün müalicələrin əksinə edirdilər. İlham Əliyevin bacısı Sevil Əliyevada hər  iki  süd vəzisindən əməliyyat olundu  və  hər  iki  süd vəzisi  götürülüb, amma həyatdadır, yaşayır. Bəs  niyə  belə cavan xanımı  ankoloji  mərkəzdə düzgün müalicə etməyib öldürdüz?

Hər  şey  yalan idi və  bizi aldadırdılar. Vaxtında vəziyyətin nə  yerdə  olduğunu  düzgün deyilsəydi , düzgündə  qərar  qəbul edilərdi. Lakin həkimlər bizi aldadıb vəziyyəti  kritik həddə gətirdilər. Bundan sonra Paşayevlərə məxsus olan  Məlhəm beynəlxalq klinikada işləyən bir həkimə apardıq , o da  yalnız  bizim cibimizi soydu. Bəlkə daha  çox yaşayardı. Ona  bir  həftə ərzində elə bir  kimya-terapiya etdilər ki, bütün bədən hüçeyrələrini öldürdülər, bədən hissiyatsız qalmışdı. Heç on gün yaşamadı xəstəxanada onun başına  açılan oyundan sonra. Bu bizim ailəyə  qarşı cinayətdir. Həkimlər bilə-bilə onu  öldürdülər. Nə TƏBİB nədə Səhiyyə Nazirliyi nəzarət  eləyir. Məlhəm beynəlxalq  klinikanin həkimləri isə  heç sorğu  suala belə çəkən yoxdur ki, sizin müalicədən sonra xəstə  niyə dünyasını  dəyişdi. Birmənalı bu mənim siyasi fəaliyyətimlə  bağlıdir. Hakimiyyət bizim ailəyə qarşı birinci hal  deyil  ki,  belə edir. vaxtı ilə anama  xəstəxanada yer ola - ola platda  yer  vermirdilər, vəziyyəti  o qədər  ağır ola-ola onu  xəstəxanaya  götürmürdülər. Nazirliyin qaynar xəttinə belə  şikayət elədik amma  faydasdı olmadı, bir təcili tibbi  yardım getiridi digəri  geri  apardi, yenidən digəri getirdi. İş o həddə çatdı  ki, həkimlər arasında mübahisə  yaranmışdi  ki, nə üçün xəstə ilə  belə rəftar olunur. Onu  sonda xəstəxanaya götürsələrdə yığılıb açılan çarpayıda palatada yox dəhlizdə  yer  verdilər. Dəhlizdə anamdan başqa  heç kim qalmırdı. Biz  səhər  kimi anamızın yanında qaldıq. 3 gün anamı dəhlizdə saxladıqdan sonra onu vəziyyəti daha da ağırlaşanda reanimasiya deyilən yerə  köçürdülər. Atamlada, qardasımla , bacımlada düzgün davranmayaraq bizi  müalicə əvəzinə  öldürmək istəyiblər  və  bizə olmazın işgəncəsini  veriblər.Sonda istediklərinə  nail  oldular, sag salamat insanı  öldürdülər. Bu işdə kimin günahi  varsa əməlləri  öz qabağına  çıxacaq. Xəyalə xanımın həyatın qurtarmaq  olardı amma, rejim mənim ailəmə ancaq zərbə vurmaq, hər vasitə ilə bizi öldürmək niyyətində olub və bunu indidə davam etdirir. Bu ölkədə bizim ailəmizin canı təhlükədədir.

  Həyat yoldaşım iki dəfə  hamilə qalmışdı, həmin dövürdən başlayaraq onu  elə mülicə edirdilər  ki, həm üşaqlar itirdik, həmdə  süd vəsisində yığılan süd xərcəngə səbəb oldu. Dünyada neçə xanım bu xəstəlikdən müalicə olub və hazırdada  yaşayır, amma mənim həyat  yoldaşımı bilə-bilə siyasi  fəaliyyətimizlə əlaqədar  öldürdülər"

İctimaixəbər olaraq bütün maraqlı tərəfin mövqeyini dərc edə bilərik.

Комментарии (0)