Paşinyan səfirdən keçmiş nazirin Rusiyada kimə işləməsi barədə məlumat istəyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Erməistanın “Joxovurd” qəzeti məlumat yayıb.
"Oktyabrın 4-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş hərbi kəşfiyyat rəisi, Ermənistanın keçmiş müdafiə naziri “Ermənistanı daxili və xarici düşmənlərdən azad etmək” üçün siyasi fəaliyyətə və siyasi hərəkatın yaradılmasına başladığını elan edib”, - deyə qəzet yazıb.
Keçmiş Müdafiə Nazirliyinin rəhbəri Azərbaycan Silahlı Qüvvələrinə təqdim olunan ultimatumu rədd etdiyi və hərbi əməliyyata başladığı təqdirdə atəş açmaq əmri verdiyi üçün işdən çıxarıldığını bildirib. Nəşrin qeyd etdiyi kimi, Karapetyanın siyasi müraciəti hakimiyyət üçün gözlənilməz olub.
Nəşr yazır ki, Karapetyanın çıxışından sonra Paşinyan təcili olaraq Ermənistanın Rusiya Federasiyasındakı səfiri, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanla danışaraq ondan Rusiyada Karapetyanı kimin dəstəklədiyini və ondan gözlənilən təhlükə barədə məlumat öyrənməyi tələb edib.
Nəşrin yazdığına görə, Karapetyan Paşinyana qarşı açıq-aşkar ittihamlar irəli sürüb və deyib ki, o, “atəş açmamaq” göstərişinə tabe olmayıb və qarşı tərəfin irəlilədiyi təqdirdə atəş açmaq əmrini özü verib. onun sözlərinə görə, elə buna görə də, baş nazir onu tutduğu vəzifədən uzaqlaşdırıb. Qəzetin yazır ki, bu, istisna deyil, xüsusən də Paşinyanın partiyadaşları brifinqlər zamanı keçmiş müdafiə nazirinin bəyanatlarını inandırıcı şəkildə təkzib edə bilməyiblər. Maraqlıdır ki, əvvəllər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışmış eks-nazirin özü bu barə niyə məhz indi danışıb?
Nəşrin yazdığına görə, Karapetyan 2018-ci il inqilabından sonra Paşinyan üçün Rusiyanın hərbi-siyasi elitası ilə əlaqə yaradaraq Moskvanı hazırkı baş nazir və onun komandasının “sorosçular” olmadığına inandırıb. İndi də o özü Rusiyada Ermənistan hakimiyyətinin əleyhinə danışmağa qərar verib.
Parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Arman Eqoyan Karapetyanın açıqlamalarını cəfəngiyyat adlandırıb.









