Ramin Əhmədov azadlığa çıxdı.
Bu gün şərlənərək həbs edilən Binəqədi rayon AXCP-nin üzvü Ramin Əxmədov azadlığa buraxılmışdır. Bu barədə onun qarşılama gedən Paşa Dadaşzadə məlumat vermişdir. Ramin Əhmədovun sözlərinə görə , səhər saatlarında onu yaşadığı binanın həyətindən özlərini təqdim etməyən mülkü qeyimlilər, mülkü maşına basıb naməlum istiqamətə aparıblar. Onu qaranlıq zirzəmidə başına qara torba keçirərək , əlləri bağlı vəziyyətdə döyüblər. Bundan sonra onu Binəqədi rayon polis idarəsinə gətirib yenidən döyüblər. Onu telefununu açıb facebook statuslarını silməyə məcbur ediblər. Daha sonra onu məhkəmə aparıblar və üzünə durublar ki, ictimai yerdə yerə tüpürüb və uca səslə dövləti və höküməti söymüşdür. Polislər onu iltizama dəvət etsələrdə o polislərə qarşı fiziki zör tətbiq etmiş və polisin qarnına kəllə vurmuşdur. Məhkəmə prosessində Ramin Əhmədov bütün bunların şər və böhtan olduğunu, heç bir halda yerə tüpürüb uça səslə söyüş söymədiyini bildirmişdir. Binəqədi məhkəməsində ona qarşı 30 günlük həbs qərarı qəbul edilmişdir.
İctimaixəbər.org xəbər portalı olaraq adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.







