Xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanmış gənc kard
Xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanmış gənc həkim Toğrul Alıyev
"İctiamaixeber" işçi heyyətinin qarşılaşdığı , yüksək savadı və keyfiyyətli iş bacaracağı olan , yüksək ixtisaslı həkimləri xalqada tanıtmağı özünə mənəvi borc bilir. Bu gün barəsində oxuyacağınız diş həkimi, gənc kadr Toğrul Alıyevdir. Hazırda Binəqədi rayonu 9 mikrorayonda yerləşən 9 saylı şəhər poliklinikasında çalışır. Çalışdığı qısa müddətdə xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanan Toğrul Alıyev, Ukraynada ali tibbi təhsil almışdır. Təhsilini başa vurduqdan sonra , bir müddət Ukraynanın müxtəlif klinikalarında işləmiş daha sonra fəaliyyətini daim əlaqədə olduğu vətənində davam etdirmişdir. Azərbaycanda müxtəlif özəl klinikalarda pasiyentlərə stomotoloji xidmətlər göstərmişdir. O hazırda Binəqədi rayonunda yerləşən 9 saylı şəhər poliklinikasında fəaliyyət göstərir. Ərazidə yaşayan əhalidə Toğrul Alıyevdən bir həkim kimi çox razılıq edirlər.
Toğrul Alıyev Azərbaycan və Ukraina Stomotoloqlar Cəmiyyətinin fəxri üzvüdür.










