"OBA Market" MMC-i "Atena" MMC ilə xalqı niyə zəhərləyirlər?
İctimaixeber.org-a daxıl olan xəbərdə Şəffaf İdarəçilik İB-nin rəhbəri qarşılaşdığı qanunsuz hallar haqqında bildirir: " "OBA Market" MMC-nin Bahar Bayramı fürsətləri xalqı aldatmaqdan başqa bir şey deyil. 6 mikrorayonda yerləşən OBA dükanından aldığımız "Atena" MMC-nin məhsulu olan "HƏR GÜN"1 litirlik süddən hələdə özümüzə qələ bilməmişık. 0.99 qəpiyə salınan südün istehsalçısı ilə əlaqə vasitələri yoxdur. Məhsulun üzərində yalnız Ağcəbədi rayonu Ağabəyli kəndi yazılıb , internet imkanları yoxdursa, e-mail-i başa düşdük, bəs kabel telefonu ,ya mobil telefon niyə göstərilmir? Buradan açıq görmək olur ki, bu mənşəyi məlum olmayan və xalqa qarşı kütləvi sürətdə sui-qəst və terrordur, zəhərləyib öldürmək niyyətin ilə edirsiz. Süddən sonra qızdırma və ishaldan hələdə özümüzə qələ bilməmişik. *2016 zəng edirik cavab verən yoxdur. SSRİ vaxtında heç bir dükanda belə özbaşınalıq olmayıb. Sizin belə hərəkətlərinizdir ki, hamı Azərbaycandan canın götürüb qaçır.
AQTA-nin rüşvətxor məmurları üçün belə məhsulların satışa buraxılması nəzarətsiz sistemdə rahat rüşvət almaqla həll olunub. Başqa izah varsa buyursunlar. Mən "OBA Market" MMC-dən tələb edirəm ki, pulumu geri qaytarsın, üstəlik sağlamlığımıza eyni zamanda mənə dəyən maddi və mənəvi ziyanı ödəsin.Əks halda məhkəməyə müraciət edəcəm.
AQTA məhsulun satışına, saxlanmasına , onun satışa buraxılmasında məsul olan işçi barəsində araşdırma aparılıb, ciddi iltizam tədbiri görməlidir. Araşdırmada şikayətçi istədiyi halda iştirakı təmin edilməlidir. AQTA yanında İctimai Şuranın fəaliyyətsizliyidir ki, keyfiyyətsiz,vaxtı keçmiş , xarab olmuş məhsullar bazara çıxarılır. İctimai Şurada kimlər təmsil olunacaq bu əvvəlcədən təyinat qaydasında həyata keçirilir və heç bir seçki şəffaf keçirimir.
Qanunların icrasına ciddi nəzarət yoxdur yerlərdə prokrorluq işçiləri qanunun aliliyi əvəzinə hakimiyyətdən qələn aftoritar sifarişləri yerinə yetirilər. AQTA-nin ya OBA-nin bu hərəkətləri dəzindən bir damladır. Belə keyfiyyətsiz məhsul bütün vətəndaşların süfrəsinə yola aça bilər.
Azərbaycan Müvəkkillik İnsititutuda dövlət qurumlarına qarşı vətəndaşın yanında yox qarşısındadır."
İctimiaxeber.org olaraq adı çəkilən bütün orqanların mövqeyini dərc etməkdə maraqlıyıq.




