Son gərginliklərin mənbəyi

Son gərginliklərin mənbəyi

Rusiya Azərbaycan münasibətləri hər zaman Pusiya tərəfinin xeyrinə olub, tarix boyu Rusiya istəqdiyi kimi həm şimalı həmdə cənubi Azərbaycanda belə  özünə sərf edən  siyasəti yürütmüşdür. Tarixə böyük ekskursiya etmədən son dönəm Azərbaycan Prezidentlərinin siyasətinə baxaq, Ayaz Mütəllimov SSRİ və daha sonrakı Rusiya hakimiyyətinə bağlı lakin milli səviyyədə heç  bir  müsbət addım ata bilməyən prezident. Əbülfəz Əliyev Rusiyadan uzaq qərb yönümlü, lakin həmdə sonda  Rusiyanın heqomonluğunu qəbul edən, lakin devrilən prezident. Heydər Əliyev daha çöx güclü tərəflə hesablaşan və güclü tərəfin hegomonluğunu qəbul edən lakin, Azərbaycanın inkişafı üçün möhlət alan prezident. Bu möhləti neçə həyata keçirib bu başqa bir  mövzudur ki, əsası əsas ehtibati ilə korrupisyaya bağlı bir araşdırmadır. İlham Əliyev atasından hakimiyyəti təhvil alan prezident kimi daha böyük və sərt həcimdə korrupsiya ilə budcəni talayan, eyni zamanda xarici  dövlətlərə daha böyük həcimdə rüşvət niyyətli layihə və pul  ötürərək öz hakimiyyətini qoruyan prezidentdir. Eyni zamanda maliyyə imkanlarından istifadə edən İlham Əliyev Qarabağ problemini həll etdi. Lakin bu razılaşma Rusiya ilə oldu. Çünki Qarabağı Azərbaycandan Rusiya almışdı və Rusiyaya verilən milyardlar müqabilində də qeri qaytarıldı. Bu məsələdə qərb Azərbaycandan narazı qaldı. Eyni zamanda Turkiyənində vasitəçilik və xahiş etdiyi məsələ hələdə həll olunmamış qaldı. İlham Əliyev isə bu məslələni Rusiyadan israrla tələb etməkdədir. Dekabrin 25də  vurulan Azərbaycan təyyarəsi buna bir  xəbərdarlıq idi  ki, Prezident Kaçinskinin aqibəti təkrarlana bilər. İlham Əliyevin Putindən israrla istədiyi isə Mehri dəhlisiznin açılmasıdır. Beləki Azərbaycan tərəfi həm yeralti tunel vasitəsi ilə  yolun, həmdə yerustu dəmiryolu nəqliyat xəttlərinin çəkilməsini tələb edir. Eyni zamanda Putinə verilən pullar müqavilində və pərdə arxası razılaşdırılan məsələlərdə Zəngəzurun Azərbaycana qaytarılması məsələsi var idi və bu indi  efirlərdən düşsədə, həmin dövür üçün  həm Rusiya həmdə Azərbaycan efirlərindən qərbi Azərbaycan ərazıləri haqqında verlişlər fasilə vermirdi. Bunu Paşınyan Ermənistanin BMT tərəfindən tanınmış olan 29.9 min kv km əraziyə sahib olması və bu sərhədlərin dəyişdirilməməsini qərb diplomatları ilə razılaşdıqdan sonra möhürlədi. Bundan sonra Azərbaycan Ermənistanin separatizmə dəstək olması səbəbindən və 22 illik işğal dövrünü müddətində Azərbaycana vurulan ümumi ziyanın məbləği 265 milyard 281 milyon 198 min 203 ABŞ dollar, müharibə dövründə isə bu zərərin 1,2-1,3 trilyona dollar olmaqla təzminat ödəyəcəyini bildirsədə bu məsələləri beynəlxalq səviyyədə qəbul etdirə bilməmişdir. 

Cəmil Hacıyev 

Комментарии (0)