"MAIL EKSPRESS" MMC KURYERLƏRİ XALQDAN NİYƏ ƏLAVƏ PUL TƏLƏB EDİR?

"MAIL EKSPRESS" MMC  KURYERLƏRİ XALQDAN NİYƏ ƏLAVƏ PUL TƏLƏB EDİR?

İctimaixəbər.org  daxil olan məlumatda bildirilir ki, "MAIL EKSPRESS" MMC-nin kuryerləri Ədliyyə Nazirliyinin adından sui istifadə edərək məktubu  çatdırdıqları fiziki və hüquqi şəxslərdən pul tələb edirlər. Şəffaf İdarəçilik İctimai Birliyinin rəhbəri Cəmil Hacıyev bildirir  ki: " "MAIL EKSPRESS" MMC Ədliyyə  Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə müqavilə əsasında işləyir. İdarənin vətəndaşlara, fiziki və hüquqi şəxslərə ünvanladığı məktubları vətəndaşlardan pul tələb etmədən çatdırmalıdır. Lakin mən bir dəfə  görməmişəm ki, "MAIL EKSPRESS" MMC-nin kuryerləri nümunəıvi xidmət  göstərsinlər. Bütün bu pozuntu halları ilə əlaqədar dəfələrlə "MAIL EKSPRESS" MMC-nin  4494521 saylı telefonuna  şikyət  etsəkdə heç bir  nəticə  verməyib. Əksinə  açıq  görmək olur  ki, MMC-nin rəhbəri Sari Xanməmmədov kuryerləri vətəndaşlardan pul tələb etməyə özü  sövq edir. Bütün bu neqativ hallarla əlaqədar  hüquqi və  fiziki şəxsləri  "MAIL EKSPRESS" MMC-nin xidmətlərindən imtina etməyə çağırıram" 

Məsələ ilə əlaqədar "MAIL EKSPRESS" MMC-nin rəhbərliyi ilə əlaqə yaratmaq istəsəkdə, "MAIL EKSPRESS" MMC-dən nə  rəhbərin telefonun təqdim etdilər nədə  bizimlə əlaqə yaratdılar.  Bu məsələdə obyektivliyi təmin etmək üçün qarşı tərəfin mövqeyini işiqlandırmağa  hazırıq. 

Комментарии (0)