Mülki geyimli polislər Cəmil Hacıyevın evinə gəliblər.
Dünən mülki qeyimli polislər Cəmil Hacıyevın evınə gələrək onu bəzi sənədləri imzalamaqdan ötəri polisə gedəcəyini bildiriblır. Bu barədə məlumatı bizə Cəmil Hacıyevin baçısı Sevil xanım bildirdi. Evimizə gələn polislər Cəmilin harada olduğu ilə maraqlanırdılar, ona niyə zəng çatmadığını və polisin çağırışına niyə görə gəlmədiyini soruşublar. Qardaşım onlara Cəmilin QHT-ı üçün təlimlərə qatıldığından evdə olmadığını bildirdi. Polislər bizdən onunla əlaqə saxlamağımızı tələb edirdilər. Qardaşım bunun qanunsuz olduğunu deyəndə onlar zorla qardaşımı tutub apardılar. Martin 19-u axsam saatlarında naməlum istiqamətə aparılan qardaşım haqqında heç bir məlumatımız yoxdur. 102 xidmətinə etdiyimiz zənglərdə heç bir nəticə vermir, 102 xidmətindəki operator qızlar deyir ki, məlumat verdiz , bizdə qəbul etdik. Gözləyin sizə məlumat veriləcək. Səhərə kimi hamı yatmayıb, hamı narahat olub amma bizim narahatçılığımızdan prezident və ailəsi ləzət alır.
20-si səhər saat 10 radələrində qardaşımı polisdən buraxıblar ki, bayrama görə get amma iltizam imzala ki, Cəmil gələn kimi onu Binəqədi polis idarəsinə gətirəcəksən. Səhərə kimi ona işgəncə veriblər ki, qardaşın harada gizlənir , o gəlməsə səni buraxmaycayıq. Qardaşım Cəmilin telefonun bilirsiz ki, özünə niyə zəng etmirsiz sörüşub. Polislər onun telefonuna zəng çatmadığını deyiblər. Amma elə polislərin yanında qardaşımın whatsappına zəng edib danışdım. Polislərdə onunla danışdı ki, təlim bitən kimi idarəyə gəlməsən qardaşını sən gələnə kimi həbs edəcəyik. Cəmil bildirdi ki, qardaşımı buraxın, təlim bitən kimi bir başa Binəqədi polis idarəsinə gələcəm. Bundan sonra mənə iltizam yazdırıb buraxdılar.
İlham Hacıyev: "Cəmilin telefonu onsuzda dinlənilirdi , indi mənim və bacımın telefonunda dinləməyə götürdülər.
Cəmil heç bir günahı olmadığını və onun prezident və ailəsinin ölkə büdcəsini talamasını tənqid etdiyindən həbs ediləcəyi gözlənilirdi. Amma ailə üzvülərinə bu cürə qaydada işgəncə vermək hansı qanunda yazılıb onu başa düşə bilmirik.
Evimizdə qorxa qorxa qalırıq ki, yenə gəlib zorla aparacaqlar, salacaqlar polis idarəsinin dəmir barmaqlıqlarına."
Binəqədi polisi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istəsəkdə bu barədə məlumat vermək istəmədilər.
Məsələni diqqətdə saxlayacayıq.
Siyasi şöbə.









