NATO sualtı qayıqlara qarşı döyüş təlimlərinə başlayıb

NATO sualtı qayıqlara qarşı döyüş təlimlərinə başlayıb

Baltik dənizində NATO-nun sualtı qayıqlara qarşı birgə hərbi təlimləri başlayıb.

Bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsveçin ərazi sularında keçirilən manevrlərdə NATO qüvvələrinin gəmiləri, eləcə də İsveç və Almaniya donanmaları iştirak edir.

İsveç Silahlı Qüvvələri əvvəllər təlimlərin noyabrın 10-dan 14-dək keçiriləcəyini açıqlamışdı.

Tədbirin vaxtından əvvəl keçirilməsinin səbəbi açıqlanmayıb.

Комментарии (0)